Sisi Əliyevə niyə-ZƏNG ETDİ?

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.

Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Dövlət başçısı da Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.

Etikxeber.az

Read Previous

Fransız ətiri və zibilli Paris-RAFAEL HÜSEYNOV YAZDI

Read Next

MN Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə növbəti qanunsuz hərbi daşımalar barədə-GÖRÜNTÜLƏR YAYDI – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir