“Şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan…” – Qubad İbadoğlu

“Son 10 ildə tikintiyə 45 milyard manata qədər vəsait xərclənib”.
Etikxeber.az xəbər verir ki, bu fikri iqtisadşı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, 2006-2015-ci ildə dövlət büdcəsindən tikintiyə 44,6 milyard manat, təhsilə 11,8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11,1 milyard manat, dövlət idarəetmə aparatınn saxlanılmasına 10,1 milyard manat, səhiyyəyə 4,7 milyard manat xərclənib. O, deyib ki, beləliklə də son 10 ildə hər il orta hesabla tikintiyə 4,5 milyard manat, təhsilə 1,2 milyard manat, idarəetmə aparatının saxlanmasına 1 milyard manat, səhiyyəyə isə 500 milyon manata qədər vəsait birbaşa dövlət büdcəsindən xərclənib:
“Bu heç də adı sadalanan sektorlara sərmayə olunan vəsaiti hamısı deyil, bundan əlavə həmin sektorlara özəl və şəxsi vəsait mənbələrindən də milyradlarla manat vəsait xərclənib. Müqayisə edəndə görərik ki, son 10 ildə yalnız tikintiyə xərclənən vəsait həmin dövrdə təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanılmasına, elmə, sosial müdafiə və təminata birlikdə xərclənən vəsaitdən 7 milyard manat çox olub.
Göründüyü kimi, son on ildə şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan, əsasən qeyri-kommersiya təyinatlı olan layihələrlə talan olunan neft gəlirlərindən ən çox bəhrələnən tikinti sektoru olsa da, hazırda daha çox tənəzzülə məruz qalan da inşaat bölməsidir.
Məlumat üçün qeyd edim ki, son 10 ildə Azərbaycan Dövlət Neft Fonduna karbohidrogen resurslarının satışından birbaşa olaraq 125 milyard manat vəsait daxil olub ki, onun da 90 milyard manata qədəri, ondan 67,2 milyard manatı dövlət büdcəsinə transfert vasitəsilə müxtəlif layihələrə xərclənib”.
Etikxeber.az

Read Previous

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

Read Next

Bakı Nəqliyyat Agentliyi Qara Qarayev prospektində monitorinq aparıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir