Sıxlıq olan küçə və prospektlər açıqlandı-SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Etikxeber.az

Read Previous

Orxan Rəcəb oğlu Prezidentin Mətbuat katibi-TƏYİN EDİLDİ

Read Next

Zabit dostu övladına Şəhid Emin Sadiqovun adını qoydu-ŞƏHİDİN ANASI GÜLŞAD RÜSTƏMOVA İSƏ MİNNƏTDARLIĞINI İFADƏ ETDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir