Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Etikxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində ;
15. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.
Etikxeber.az





