“Siyasi əqidəsindən, milliyyətindən, dinindən asılı olmayaraq, ürəyimiz bir yerdə döyünməli, yumruğumuz bir yerə vurmalıdır…Bu Vətən torpağının hər kəndini, hər daşını müdafiə etmək üçün bir olmalıyıq…”-BİR QRUP TANINMIŞ XANIM MEHRİBAN ƏLİYEVANIN ÇAĞIRIŞINA QOŞULDU, AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB

Bir qrup tanınmış Azərbaycan xanımı Birinci vitse-prezident Mehriban Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı Azərbaycan xalqına etdiyi cağırışa qoşulublar.

Bu haqda Etikxeber.az-a millət vəkili, professor Jalə Əliyeva məlumat verib.

Qeyd edək ki, videokonfrans formatında çağırışa qoşulanlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, adıçəkilən komitənin sədr müavini Sədaqət Qəhrəmanova, sabiq Ombudsman Elmira Süleymanova, millət vəkillərindən Hicran Hüseynova, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Fatma Yıldırım, tanınmış ziyalılardan Rəna Mirzəzadə, Fidimə Hüseynova, Günel Anarqızı, iş adamlarından Səkinə Babayeva, o cümlədən, Şəhid Gültəkin Əsgərovanın qızı və digərləri var.

Onlar Birinci vitse-prezidentin çağırışına qoşularaq, Azərbaycan xalqına müraciət ediblər.

Müraciətdə deyilir ki, bu gün Vətənimiz növbəti sınaq qarşısındadır.

“Ermənistan bütün beynəlxalq normalarını pozmaqda davam edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur. Onların törətdiyi qanlı hadisələr özünün amansızlığına və qəddarlığına görə, faşistlərin törətdikləri cinayətləri xatırladır. Yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırımı aktı törədildiyini əyani olaraq sübut edir. 26 ildir ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində ermənilər dəfələrlə dinc əhaliyə hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Artıq Ermənistan o qədər irəli gedib ki, təmas xətində deyil, sərhəddə atəşkəs rejimini pozur, hərbi təxribatlar törədir. Artq bu işğalçı ölkəyə “dur” deməyin vaxtı çoxdan keçib”-deyən müraciət müəllifləri sonra bildiriblər ki, bu gün hamımız üçün Vətən uğrunda mübarizə aparmaqdan vacib heç nə ola bilməz.

“Hər birimiz dövlətimizin yanında olmalı, onun apardığı haqq işinə dəstək verməliyik. Siyasi əqidəsindən, milliyyətindən, dinindən asılı olmayaraq, ürəyimiz bir yerdə döyünməli, yumruğumuz bir yerə vurmalıdır. Bu Vətən torpağının hər kəndini, hər daşını müdafiə etmək üçün bir olmalıyıq…”-deyə, müraciətdə sonra deyilir.

19:23

***

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən videokonfrans keçirildi. Onlayn tədbirdə Mehriban xanım Əliyevanın müraciətinin mühüm çağırış kimi xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Həqiqətən də, bu gün virtual məkanda da düşmən təxribatlarının qarşısının alınması strateji əhəmiyyətə malikdir”.

Bunu isə millət vəkili Fatma Yıldırım deyib.

O, sonra qeyd edib:

“Təqdirəlayiq haldır ki, ölkəmizdə həm elektron media nümayəndələri, həm sosial şəbəkə istifadəçilərinin əksəriyyəti düşmən təxribatına uymur, erməni yalanları ifşa edərək milli maraqları qorumağı bacarırlar. Hazırkı mərhələdə hər bir Azərbaycan vətəndaşının borcu dövlətin mövqeyini müdafiə etməkdir. Bu missiya isə təkcə döyüş meydanını əhatə etmir, eyni zamanda, informasiya müstəvisinə şamil olunur. Tədbirdə mən də çıxış etdim, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətinin əhəmiyyətini vurğuladım. Düşünürəm ki, Mehriban xanımın çağırışı hər bir vətəndaşın qarşısına vəzifələr qoyur.

Çıxışımda onu da qeyd etdim ki, iyulun 14-də Bakı şəhərində vətəndaşların aksiyası cənab Prezidentə, ordumuza birmənalı dəstək xarakteri daşıyır və eyni zamanda da Minsk qrupunun həmsədrlərinə də bir etiraz nümayişi idi. Digər bir vacib məqam kimi Ermənistanın hərbi təxribatı ilə əlaqədar Azərbaycan diasporunun xarici ölkələrdə keçirdikləri aksiyaları qeyd etdim. Bu kimi məsələlərdə Azərbaycan və Türk diasporunun fəaliyyəti də olduqca önəmlidir. Bütövlükdə, inanırıq ki, qüdrətli Azərbaycanın qətiyyətli övladları bundan sonra da işğalçı və terrorçu Ermənistanın bütün platforma və müstəvilərdə təxribat cəhdlərinin qarşısını layiqincə alacaq. Biz birlikdə güclüyük!”

Etikxeber.az

Read Previous

“Populizm ilə çox uzağa getmək olmur, daha dəqiqi getdiyin yer, gəldiyin yer olur”-SAHİB ALIYEV ERMƏNİLƏRİN VƏ ERMƏNİSTANIN NÖVBƏTİ MƏĞLUBİYYƏTİNDƏN DANIŞDI

Read Next

Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir