“Elə sosial şəbəkələrə nəzər salsaq görərik ki…”-MİLLƏT VƏKİLİ

Radikal, destruktiv, antiAzərbaycan qüvvələrin əlində alətə və oyuncağa çevrilmiş müxalifət bir daha özünü ifşa etdi. Millilikdən uzaq “Demokratik Qüvvələrin Milli Şurası” adlı dərnək bir daha əsl simasını, əsl mahiyyətini açıb ortaya qoydu. Milli Şuranın “toplantıları”ndan yayılan görüntülər bir daha onların əsl məqsədlərinin və niyyətlərinin nədən ibarət olduğunu, nəyə və kimlərə xidmət etdiklərini Azərbaycan cəmiyyətinə nümayiş etdirmiş oldu. Orada bir araya gələnlərin nəinki iqtidara, hakimiyyətdəkilərə qarşı, eləcə də, uzun illər onlarla birgə addımlayan, yol gələn, onlara aldanan, onlardan ayrılan insanlara qarşı şər, böhtan, iftira, qarayaxama yolunu tutduqları, “bizimlə deyilsənsə, bizlərə biət etmirsənsə, bizimlə ola bilməzsən, bizim düşmənizimizsən” xəstə təfəkkürünün daşıyıcıları olduqları gözlər önünə sərilmiş oldu. Bu “qurum”, oradakılar onsuz da ilk gündən özlərini siyasi cəhətdən bitirmişdilər, bu dəfə isə həm siyasi, həm də insani, əxlaqi cəhətdən özlərini birdəfəlik bitirdilər, özləri-özlərini gömdülər. Videogörüntülərdə üzə çıxanlar bir daha onların hansı insani və əxlaqi dəyər, əslində dəyərsizlik daşıyıcıları olduğunu hər kəsə göstərdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan cəmiyyəti bir daha onların kim və nəçi olduğunu bildi, gördü və öz qiymətini verdi.

“Elə sosial şəbəkələrə nəzər salsaq görərik ki, onlara qəzəb, nifrət hansı həddədir. Azərbaycan xalqı, cəmiyyəti bu “qüvvələrə” 1993-cü ildən bu yana dəfələrlə öz münasibətini bildirmiş, onları boykot etmişdi, bu dəfə də belə oldu. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, öz seçimində, öz münasibətində yanılmayıb. Bu “qüvvələr” ancaq və ancaq tarixin kif basmış arxivinə atılmağa layiqdir. Eyni zamanda, bir daha sübut etmiş və göstərmiş oldu ki, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin nicatı, gələcəyi hansı qüvvələrlə bağlıdır. Bu gün (bütövlükdə son 27 ildə) Azərbaycan xalqı mövcud iqtidarla, indiki hakimiyyətlə və hakim siyasi qüvvə ilə bir yerdədir, onu özünün nicatı, gələcəyi görür. Çünki başqa cür də ola bilməz.

Təkcə son 3-4 ayda yaşananalar Azərbaycanın necə güclü, qüdrətli, inkişaf və tərəqqi edən ölkə olduğunu hər kəsə bir daha əyani şəkildə təsdiqləmiş oldu. Dünya bir daha Azərbaycanı gördü, etiraf və kəşf etdi. Bütün bu işlərin, bu uğurların isə bir ünvanı var-ölkə Prezidenti cənab İlham Əliyev. Məhz onun yeritdiyi müdrik və düşünülmüş siyasət nəticəsində Azərbaycan bu uğurlara, bu tərəqqiyə nail olub və bizləri qarşıda hələ daha növbəti uğurlar, qələbələr, zəfərlər gözləyir. Bu yolda isə heç kim Azərbaycan dövlətinə, onun siyasətinə, müstəqil dövlətçilik xəttinə, ən əsası, ölkə Prezidentinə mane, əngəl ola bilməz və bilməyəcək. Nə xaricdəki ermənipərəst antiAzərbaycançı dairələr, nə də onların əlaltıları, qulbeçələri olan daxili “qüvvələr”, Milli Şuradakılar. Hər dəfə olduğu kimi, cəhd edəcəkləri təqdirdə, bundan sonra da fiaskoya, acı məğlubiyyətə uğradılacaqlar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

09:49

Etikxeber.az

Read Previous

118 yeni yoluxma qeydə alındı-KORONAVİRUS DAHA BİR CAN ALDI…

Read Next

“Sizdən asılı olan bütün addımları atmağa cağırıram”-BAHAR MURADOVA MİNSK QRUPUNA VƏ HƏMSƏDRLƏRƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir