“Siyasi çağırışlarla yanaşı şeir və mahnılar səsləndi…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Bugünkü görüşümüz də fərqli oldu. Siyasi çağırışlarla yanaşı şeir və mahnılar səsləndi.

Etikxeber.az xəbər verir ki, bunu 5-ci dəfə deputatlığa namizəd, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dilə gətirib.

“Qarabağ qazisi Raufun Şəmistan Əlizamanlı ilə birgə “Cənab leytenant” oxuması 800 nəfərlik salonu ayağa qaldırdı, Ali Baş Komandana alqışlar səsləndi. Belə qədirbilən insanların ümidini doğrultmağı Allah bizə qismət eləsin!”-deyə, M. Quliyev sonra qeyd edib.

Qeyd edək ki, 4 çağırış MM-in üzvü olan M. Quliyev 2000-ci ildən parlamentdə təmsil olunur.

MM-in Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvüdür.

Parlamentdə və mediada ən çox çox fəallığı ilə seçilən deputatlardandır.

Etikxeber.az

Read Previous

“Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyə əsasdır” – BU FİKİR AŞPA-DA SƏSLƏNDİ – FOTO

Read Next

Ziyad Səmədzadə Belarusun reytinqli telekanallarından birinə müsahibəsində-NƏLƏRDƏN DANIŞDI? – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir