“Siyasi partiyalar haqqında” qanun dəyişdirilir…

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclasında “Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişiklik müzakirə edilib. 
Etikxeber.az-ın məlumatına görə, hər iki qanuna dəyişikliyə əsasən Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən, həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə olunub.

Bundan başqa, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna digər dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir. Hazırda isə bu prosesdə Prokurorluq Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini cəlb etməklə yoxlama aparır.

Layihələr MM-n plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Gərginlik hələ səngiməyib və hələ də hiss olunmaqdadır…” – MURADOVA

Read Next

Əliyev: İqtisadi Əməkdaşlıq Təşkilatı mühüm beynəlxalq təşkilatdır – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir