Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ümumiyyətlə, “Siyasi partiyalar haqqında” qanuna yenidən baxılmalıdır.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
“Bu qanunda digər qanunlara, məsələn “Sərbəst toplaşma azadlığı haqqında” və s. qanunlara uyğunlaşdırmalar aparılmalıdır. Fazil Mustafanın fikri ilə razı deyiləm. Sabah Milli Məclisdə 10 bitərəf hansısa partiyaya keçməklə bağlı qərar qəbul edə bilər, buna məhdudiyyət qoysaq, onda biz həmin şəxslərə 5 il məhdudiyyət qoymuş olacağıq. Dünyanın hər yerində belə təcrübə var. Yəni, kimsə hansısa partiyadan çıxa, hansısa partiyaya keçə bilər. Bu məsələlərə fundamental yanaşmaq lazımdır”-deyə, S. Novruzov qeyd edib.
Qeyd edək ki, F. Mustafa çıxışında bildirmişdi ki, “Siyasi partiyalar haqqında” qanuna yenidən dəyişiklik olunmalı, oraya “vəsaitin 5%-i” sözündən əvvəl “Milli Məclisin razılığı ilə” sözü əlavə edilməlidir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az




