Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mourine Osoru: Gənclər dayanıqlı qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir
Qəbul edilən siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir.
Etikxeber.az-ın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında çıxış edən adıçəkilən qurumun Gənclər Forumunun sədri Mourine Osoru deyib.
Onun sözlərinə görə, cünki onlar cəmiyyətin aparıcı qüvvələridir.
O, bildirib ki, gənclər səylərini birləşdirməli, təcrübələrini bölüşərək qlobal səviyyədə səslərini eşitdirməlidirlər.
“Biz ikigünlük konfrans çərçivəsində gələcək addımlarımızı müəyyənləşdirməliyik. Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi mövzusunda keçirilən bu konfrans dialoq və məlumat mübadiləsi üçün yaxşı platformadır” – deyə, xanım Osoru bildirib.
Gənclərin parlamentdə iştirakçılığının artırılmasının vacibliyini qeyd edən Mourine Osoru bildirib ki, onlar dayanıqlı qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az