Siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir – OSORU

Mourine Osoru: Gənclər dayanıqlı qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir

Qəbul edilən siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir.

Etikxeber.az-ın xəbərinə görə, bunu  Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında çıxış edən adıçəkilən qurumun Gənclər Forumunun sədri Mourine Osoru deyib.

Onun sözlərinə görə, cünki onlar cəmiyyətin aparıcı qüvvələridir.

O, bildirib ki, gənclər səylərini birləşdirməli, təcrübələrini bölüşərək qlobal səviyyədə səslərini eşitdirməlidirlər.

“Biz ikigünlük konfrans çərçivəsində gələcək addımlarımızı müəyyənləşdirməliyik. Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi mövzusunda keçirilən bu konfrans dialoq və məlumat mübadiləsi üçün yaxşı platformadır” – deyə, xanım Osoru bildirib.

Gənclərin parlamentdə iştirakçılığının artırılmasının vacibliyini qeyd edən Mourine Osoru bildirib ki, onlar dayanıqlı qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Urmiya gölünün vəziyyəti yaxşı deyil…” – HADİ BAHADURİ

Read Next

Türkiyə bundan sonra da Azərbaycana güclü dəstək verəcək – ÇAVUŞOĞLU – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir