“Siyasi rəhbərliyin təmsilçilərinin oğlanları hərbi xidməti harada keçir?” – MƏMMƏDYAROV

Elmar Məmmədyarov: Reallıq belədir- qalan şeylər ya fərziyyə, ya da müxtəlif bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdidir

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə qoşulmasının vacibliyi ilə bağlı bəyanatlarına növbəti dəfə münasibət bildirib.

Etixeber.az məlumat verir ki,  xarici işlər naziri “Kommersant” qəzetinə müsahibəsində “Sizin erməni kolleqanız tanınmamış Dağlıq Qarabağ Respublikası hakimiyyətinin danışıqlar prosesinə qoşulmasının vacibliyini əsaslandırarkən bəyan edib ki, onlar Yerevana tabe olmurlar, yəni Yerevan Sizin və Zohrab Mnatsakanyanın danışıqlarda əldə edə biləcəyi hipotetik qərarları onlara tətbiq edə bilmir. Bu arqument barədə nə deyə bilərsiniz” sualını sualla cavablandırıb:

elmarrrrr-111

“Bəs Siz Yerevandan soruşmamısınız ki, Ermənistan Respublikasının yüksək siyasi rəhbərliyinin bəzi təmsilçilərinin oğlanları həqiqi hərbi xidməti harada keçir? İndiki prezident və baş nazir tez-tez hara səfər edirlər? Adını qeyd etdiyiniz marionet quruluşun büdcəsinin əsas hissəsi hansı vergi odəyicilərinin hesabına formalaşır?”

E. Məmmədyarov hər şeyin sadə və aydın olduğunu nəzərə çatdırıb.

“Hər şey kifayət qədər sadədir – münaqişə tərəfi kimi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası üz üzədir. Bu format ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə də təsdiqlənib.

Reallıq belədir. Qalan şeylər ya fərziyyə, ya da müxtəlif bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdidir”-deyə, E. Məmmədyarov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundan zövq alacaq” – SƏFİR

Read Next

“Çelsi” Avroliqanın finalına itkilərlə gəlir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir