Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu gün YAP Siyasi Şurası və İdarə Heyətinin iclaslarının keçiriləcəyi ilə bağlı xəbərlər həqiqətdir. Hər iki orqanın iclası keçiriləcək. Burada da qeyri-adi heç nə yoxdur. İstənilən vaxt Siyasi Şura, istənilən vaxt İdarə Heyətinin iclası çağırıla bilər”.
Bunu Etikxeber.az-a açıqlamasında parlamentin komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
Özünün hər iki iclasda iştirak edəcəyini bildirən E. İbrahimov ancaq iclaslarda hansı məsələlərin müzakirə olunacağı barədə dəqiq məlumata malik olmadığını da qeyd edib.
Qeyd edək ki, Siyasi Şuranın iclası 11-də, İdarə Heyətinin iclası təxminən 13-14 radələrində baş tutacaq.
Saat 15-də isə YAP Sədrinin müavini Əli Əhmədov mətbuat konfransı keçirəcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az