“YAP bu imtahandan da güclənmiş şəkildə çıxdı”- Musa Quliyev – Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Həsənov, Abel Məhərrəmov…YAP-ın İdarə Heyətinə seçilmədi-YENİ İDARƏ HEYƏTİ VƏ VETERANLAR ŞURASININ TƏRKİBİ AÇIQLANDI… – YENİLƏNİB – (2)

Yeni Azərbaycan Partiyasının (YAP) yaxın 3 ay ərzində yeni proqramı hazırlanmalıdır. Bununla bağlı partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı oldu.

Bunu isə Etikxeber.az-a qısa açıqlamasında YAP-ın yenilənmiş və 40 nəfərdən ibarət olan İdarə Heyətinin yeni üzvü, millət vəkili Musa Quliyev məlumat verib.

O, qeyd edib ki, YAP-ın qurultay çox səmərəli, çox məhsuldar şəkildə keçdi və baş tutdu.

Onun sözlərinə görə, partiya növbəti imtahandan da bir daha güclənmiş və monolit şəkildə çıxdı.

M. Quliyev yenilənmiş İdarə Heyətində YAP-çı millət vəkillərinin də üstünlük təşkil etdiyini, həmkarlarından Pərvin Kərimzadənin, Azər Badamovun, Ramin Məmmədovun, Şahin İsmayılovun, Hikmət Babaoğlunun, Tahir Mirkişilinin, Cavid Osmanovun da adıçəkilən quruma üzv seçildiklərini bildirib.

Qeyd edək ki, YAP-ın 20 nəfərlik keçmiş İdarə Heyətinin üzvlərindən təxminən yarısı yenilənmiş 40 nəfərlik İdarə Heyətində yer almayıblar.

Bunlar arasında millət vəkili Siyavuş Novruzov, sabiq vitse-premyer Hacıbala Abutalıbov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Prezidentin sabiq köməkçisi Əli Həsənov və digərləri var.

Veteran YAP-çılardan Eldar İbrahimovla Arif Rəhimzadə İdarə Heyətində yenidən yerlərini qoruyublar.

Arif Rəhimzadə həmçinin, yeni yaradılmış Veteranlar Şurasının sədri seçilib.

YAP sədrinin müavinləri və İcra Katibliyi isə sonra, yeni İdarə Heyətinin iclasında seçiləcək, müəyyənləşdiriləcəklər.

13:53

***

YAP-ın yeni İdarə Heyətindən kənarda saxlanılan şəxslərin (keçmiş İdarə Heyətinin üzvlərinin) adlarını təqdim edirik:

1. Hacıbala Abutalıbov – professor, sabiq vitse-premyer
2. Vaqif Əliyev – Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə-YAP sədrinin müavini, akademik
5. Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
6. Əli Həsənov – YAP sədrinin müavini
7. Yusif Hümbətov – “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev – professor
9. Kərim Kərimov – sabiq deputat
10. Abel Məhərrəmov – akademik
11. Siyavuş Novruzov – parlamentin Regional məsələlər komitəsinin sədri

13:59

***

YAP İdarə Heyəti yeni üzvlərinin_SİYAHISI:

– İlham Əliyev

– Mehriban Əliyeva

– Vasif Talibov

– Tahir Mirkişili

– Əli Əhmədov

– Rauf Əliyev

– Valeh Əsgərov

– Cavid Osmanov

– Sadiq Qurbanov

– Hikmət Məmmədov (Babaoğlu)

– Elşad Mirbəşiroğlu

– Azər Badamov

– Şahin İsmayılov

– Ramin Məmmədov

– Kamal Cəfərov

– Mübariz Qurbanlı

– Eldar İbrahimov

– Bahar Muradova

– Mixail Zabelin

– Amin İsmayılov

– Anar İsgəndərov

– Eldar Əzizov

– Musa Quliyev

– Ədalət Muradov

– Elnur Sadıqov

– Tofiq Cahangirov

– Tahir Budaqov

– Aynur Sofiyeva

– Ramiz Hüseynov

– Fuad İbrahimov

– Elmar Qasımov

– Rəşad Mahmudov

– Pərvin Kərimzadə

– Samir Cəfərov

– Asif Əsgərli

– Elnarə Akimova

– Əfsun Sucayev

– Ülviyyə Həmzəyeva

– Rövşən Bayramov

– Bayram Aslanov

19:00

***

YAP-ın Veteranlar Şurasının tərkibi:

Arif Rəhimzadə, Sədaqət Qəhrəmanova, Akif Əlizadə, Ədalət Fərəcov, Kərim Kərimov, İsgəndər Quliyev, Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Vilayət Əliyev, Ramiz Mehdiyev, Dilarə Seyidzadə, Yaqub Mahmudov, Məmməd Nəsirov, Rizvan Cəbiyev, Şahlar Əsgərov, Zahid Xəlilov, Adilə Abbasova, Urxan Ələkbərov, Hüseynbala Mirələmov, Rafiq Məmmədhəsənov, Cəmil Əliyev, Misir Mərdanov, Nurlana Əliyeva, İbrahim Əzizov, Əhliman Əmiraslanov, Maqsud Nəcəfov, Asif Cahangirov, Elbay Qasımzadə, Əli Həsənov, Nizami Xudiyev, Tahir Məmmədov, Xeyrəddin Qoca, Elman Məmmədov, Vahid Novruzov və Tahir Rzayev.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İstər bölgələrdə, istər mərkəzdə tələblərə cavab verməyən, geri təfəkkürlü bəzi adamların mövcudluğu zaman-zaman ümumi işin gedişatına və YAP-ın İlham Əliyevin sürəti ilə ayaqlaşmasına mane olub…”-BİTƏRƏF DEPUTATIN DƏYƏRLƏNDİRMƏSİ

Read Next

Əhməd bəy Ağaoğlu barədə yeni kitab-NƏŞR EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir