Siyavuş Novruzov və Bəxtiyar Əliyevin “komitələri”nin iclasları keçirildi-BİR SIRA QANUN LAYİHƏLƏRİ PLENARA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB

Mayın 7-də Milli Məclisin (MM) Elm və təhsil komitəsinin onlayn iclası  keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə  məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.

Onlayn iclasda əvvəlcə “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə  edilib.

Sonra komitənin onlayn iclasında “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  qanun layihəsi, eləcə  də  “İnsanın immunçatışmazlığı  virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında  xidmətkeçmə  haqqında”, “İcbarı sığortalar haqqında”, “Hərbi vəzifə və  hərbi xidmət  haqlnda”, “Sosial  xidmət haqqında”, “Dağınıq  skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs  yerlərində saxlanılan hüquq və azadlıqlarının təmin edilməsi  haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər  təhsil  haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin  hüquqları haqqında” və “Məşğulluq  haqqında”  qanunlarda  dəyişiklik edilməsi  barədə sənədə baxılıb.

B. Əliyev bildirib ki, bugünkü  gündəliyə  daxil edilən hər 3 məsələ  ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü  ilə MM-ə daxil olub. Qanun layihələri “Əlilliyi olan  şəxslərin   hüquqları” haqqında  2018-ci il 31 may  tarixli  1153-VQ nömrəli  qanuna uyğunlaşdırma məqsədi daşıyır.  Sözügedən sənədlərə təklif edilən dəyişikliklər əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi, təhsil, peşə-əmək, psixoloji-pedaqoji problemlərinin  həlli ilə bağlı  hüquqi  tənzimləmə  məqsədi ilə aparılıb. 

Komitə üzvləri İsa Həbibbəyli, Musa  Qasımlı, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Şahin Seyidzadə onlayn iclasda  çıxış edərək sənədlərlə bağlı  fikirlərini bildiriblər.

İclasın sonunda hər 3 qanun layihəsinin MM-in plenar  iclasına  tövsiyə edilməsi qərara alınıb.


***

Mayın 7-də həmçinin, MM-in Regional  məsələlər  komitəsinin  onlayn iclası keçirilib.

Komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlik barədə məlumat verib.   

Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “Yaşayış minimumu haqqında”, “Qanın və qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”  Azərbaycan Respublikası qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.      

Layihə barədə danışan S. Novruzov adları çəkilən sənədlərə təklif olunan düzəlişləri diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər redaktə xarakterlidir.     

Onlayn  iclasda iştirak edən komitə üzvləri Elşən Musayev,  Tahir Rzayev, Nizami Cəfərov,  Kamran Bayramov, Aqil Məmmədov, Cavid Osmanov,  Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Emin Hacıyev,  Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirib, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.      Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.   

Sonra onlayn iclasda cari məsələlər barədə müzakirələr zamanı  Regional məsələlər komitəsinin növbəti dövr üçün qanunvericilik fəaliyyəti və koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə fəaliyyət məhdudiyyətlərinin vaxtının  uzadılması və yumşaldılması çərçivəsində qarşıda dayanan vəzifələr və görülən işlər haqqında komitə üzvləri öz fikirlərini bildiriblər.

Deputatlar  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu infeksiyanın yayılmasının qarşısının alınması üçün vaxtında, çevik, operativ və düşünülmüş şəkildə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.   

 Bununla da Regional  məsələlər  komitəsinin onlayn iclası başa çatıb.

Etikxeber.az

Read Previous

“Dükanda-bazarda, dayanacaqlarda, bankomatların önündə neçə nəfərin virusa yoluxmamaq və yoluxdurmamaq üçün məsafə saxladığını görürsünüz, görürsünüzmü?”-SAHİB ALIYEV

Read Next

“Acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir…”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir