Siyavuş Novruzov: “Xalqın narazılığından danışmaq qeyri-mümkündür…”

Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq səviyyədə də qeyd edilir. Məlum olduğu kimi, ABŞ-ın «Gellap İnternasional» təşkilatı hər bir seçkidən öncə ölkədə siyasi durumu, xalqın həyata keçirilən siyasətə inam və etimadını öyrənmək üçün sorğular təşkil edir. Hər bir sorğunun nəticəsi ölkəmizdə xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğunu, atlan addımların təqdir edildiyini, ən əsası irəli sürülən təşəbbüslərin dəstəklənməsinin hərtərəfli inkişafa geniş yol açdığını bir daha nümayiş etdirir”.

Etikxeber.az xəbər verir ki, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib.

Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, xalq-iqtidar birliyinin möhkəm olduğu bir ölkədə xalqın narazılığından danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu reallığı diqqətə çatdırır ki, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır.  İqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.  Konstitusiyaya əlavə və dəyişikliklərə diqqət yetirdikdə də insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir…”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Bal-maskarad” Opera və Balet Teatrının səhnəsində

Read Next

“Iraqi Airways” bayramlarda səfər edən sərnişinlərə endirimlər edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir