Siyavuş Novruzov yenidən müxalifətə-“İLİŞDİ”…

44 günlük Vətən müharibəsində jurnalistlər çox yaxşı fəaliyyət göstərdilər, hərbi vəziyyətin tələblərinə uyğun davrandılar, istər cəbhədə, istərsə də informasiya savaşında yaxından iştirak etdilər.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, bildirib ki, bu tendensiya qorunmalıdır: “Xankəndindən torpaq alaq-almayaq məsələsini mediada müzakirəyə çıxarmaq düşmən dəyirmanına su tökməkdir. Azərbaycan vətəndaşları istənilən ərazimizdə torpaq ala bilərlər”.

S. Novruzov qeyd edib ki, bəziləri Ali Baş Komandan, ayrı-ayrı qurumlar haqqında əsassız fikirlər söyləməyə başlayıblar:

“Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbəni ermənilər və ermənilər tərəfindən maliyyələşənlər həzm edə bilmirlər. Onlar Dağlıq Qarabağ problemi vasitəsilə hakimiyyətə gəlməklə bağlı imkanlarını da itirdilər. Bunu həzm edə bilmirlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in iclası-ƏZİZ ƏLƏKBƏRLİ ERMƏNİSTANDAN OLAN AZƏRBAYCANLILARA TƏZMİNAT ÖDƏNİLMƏSİ, ƏLİ MƏSİMLİ TESTLƏRİN QİYMƏTLƏRİNİN AŞAĞI SALINMASI MƏSƏLƏSİNİ QALDIRDI… – YENİLƏNİB – (2)

Read Next

Sabah büdcə müzakirələrinə başlanılacaq-DEPUTATLAR YENİDƏN TESTDƏN KEÇƏCƏK, NÖVBƏTİ İCLAS İSƏ DEKABRIN 24-DƏ OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir