“Sizdən asılı olan bütün addımları atmağa cağırıram”-BAHAR MURADOVA MİNSK QRUPUNA VƏ HƏMSƏDRLƏRƏ SƏSLƏNDİ

ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT PA-nın üzvlərinin diqqətini növbəti dəfə Ermənistanın beynəlxalq hüququn prinsiplərinə saymazyana münasibəti ilə müşaiyət olunan təcavüzkar siyasətinə,Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda kecirilən qondarma seckinın “nəticələrini” legitimləşdirmək cəhdlərinə cəlb etmək istəyirəm.

Haqlı olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən Sizin də tanımadığınız bu secki şousunu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qondarma andicmə mərasimi ilə yekunlaşdırmaq niyyətlərinə biganə qalmayın.

Mənim kecmiş həmkarlarım,unutmayın ki, bu Sizin Dağlıq Qarabağ və ətraf rayonlardan didərğin salınmış Azərbaycan vətəndaşları və həmcinin Azərbaycan respublikasının (üzv dövlət kimi)qarşısında yerinə yetirməli olduğunuz öhdəliklərinizdən biridir.

Cünki həm beynəlxalq hüquqa, həm rəhbəri və üzvü olduğunuz təşkilatın təməl prinsiplərinə və fəaliyyəti dövründə qəbul etdiyi sənədlərdə əksini tapan müddəalara görə Siz bunu etməlisiniz.

Həm də ona görə ki,hazırkı vəziyyət dünya nizamına və bir cox məsələlərə tamamilə yeni baxış və həll varıantlarının tapılmasını diktə edir.

Laqeydliyin,biganəliyin və cəzasızlığın doğurduğu ağır nəticələrin, insan faciələrinə loyal və dözümlü münasibətlərin aradan qaldırılması ücün kollektiv məsuliyyətlərin daha dərindən dərk olunması cox vacibdir.

Odur ki, dağıdıcı və təcavüzkar mahiyyət kəsb edən “siyasətlərə”və onun nəticələrini qanuniləşdirməyə yönəlmiş belə aktlara ATƏT regionunda yer olmadığını Ermənistan Respublikasının nasist ideyalara əsaslanan rəhbərliyinin diqqətinə catdırmaq ücün Sizdən asılı olan bütün addımları atmağa cağırıram!!!

Bahar MURADOVA,

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri

Etikxeber.az

Read Previous

“Elə sosial şəbəkələrə nəzər salsaq görərik ki…”-MİLLƏT VƏKİLİ

Read Next

DSX-nın vəzifəli şəxsləri barəsində Bakı Hərbi məhkəməsinin qərarı ilə vəzifədən kənarlaşdırılma və HƏBS QƏTİMKAN TƏDBİRLƏRİ SEÇİLDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir