“Sizin də “Qafqaz üçlüyünüz” var? – MİLLƏT VƏKİLİ İBRAHİMBƏYOVDAN YAZDI

Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu.

Çəkdiyi “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xaqlıqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda …

Torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim etmişdir.

aydinnn

Onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o bu yoldan əl çəkmək istəmir.

Bu nifrət və küdurətlə o hətta Azərbaycana prezident də olmaq istəyirdi.

Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı.

Vaxtı ilə Rüstəm İ-yi özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm : sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz” var ?

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Zöhrə Abdullayevanın oğlu xərşəng xəstəliyindən dünyasını dəyişdi…

Read Next

Yeni təhsil naziri deputatlar qarşısında…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir