“Sizin səsiniz mənim məsuliyyətimdir!”-VÜQAR BAYRAMOV – FOTOLAR

????????????????????????????????????

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 27-də dördüncü, sonuncu görüşünü Bala Bəhmənli sakinləri ilə keçirib.

Etikxeber.az xəbər verir ki, açıq havada toplaşaraq Vüqar Bayramovu gözləyən kənd sakinləri onu alqışlarla qarşılayıblar.

Vüqar Bayramov Vətənin hər qarışının onun üçün doğma olduğunu, 84 saylı seçki dairəsinin hər bir seçicisinin problemini öz problemi hesab etdiyini bildirib:

“Parlament seçkilərində məni Füzuli rayonunda doğulmuş dünyaca məşhur elm adamları, akademiklər, professorlar dəstəkləyirlər. Akademiklər  – Hətəm Quliyev, Əli Nuriyev, Akif Musayev, professorlar – Şəfa Əliyev, Fazil Hacıyev, Qalib Hüseynov. Bu, mənim üzərimə əlavə məsuliyyət qoyur, məsuliyyətimi birə beş artırır. Sizin seçiminiz isə məsuliyyətimi daha da artıracaq. Bu dəfə artıq bütün seçicilərimin ümidini doğrultmağa çalışacağam, onların inamlarının zədələnməməsi üçün bütün varlığımla seçicilərimə və ölkəmə xidmət edəcəyəm. Sizin səsiniz mənim məsuliyyətimdir!”

Sonra Vüqar Bayramov seçiScilərin fikir və rəylərini dinləyib, onlarla səmimi söhbət edib. 

????????????????????????????????????

Etikxeber.az

Read Previous

Jalə Əliyeva daha bir şəhid ailəsinə-BAŞ ÇƏKDİ – FOTOLAR

Read Next

“Bu, dünyada sabitliyə zəmanətdir…” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir