“Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban verib…”-SAHİBƏ QAFAROVA

Spiker Sahibə Qafarova Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Əziz və dəyərli xanımlar!

Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir.

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

“Hələ də qadınları yetərincə savadlı yetişdirməyə imkan tanıyan təhsil şəbəkəsi qura bilməmişik…”-FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir