Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yardımlı rayonunda bu dəfəki təbliğat- təşviqat kampaniyası çərçivəsində seçicilərlə sonuncu görüşümü Vəlixanlı kənd ərazisində keçirdim. Köryədi və Qabaqdibi kəndlərindən də gəlmişdilər. Çıxış edənlər deputatlıq fəaliyyətimdən razılıqlarını, fevralın 9- da mənə səs verəcəklərini bildirdilər.
Etikxeber.az xəbər verir ki, bunu 3-cü dəfə deputatlığa namizəd, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.
“Yanvarın 17-dən fevralın -2 dək Yardımlı rayonu ərazisində Dairə Seçki Komissiyasının müəyyən etdiyi yerlərdə- ərazi nümayəndəliklərinin mərkəzlərində və şəhərdə böyük görüşlərim oldu. Digər kəndlərə isə seçki qərargahımın üzvləri baş çəkərək fərdi görüşlər keçirdilər. Həmin görüşlərdə də seçicilər artıq öz seçimini etdiklərini bildiriblər. Sizinlə fəxr edirəm. Var olun. Günün ikinci yarısında Avun kəndində yas mərasimində iştirak etdim. 3 fevraldan isə Masallı rayonunda görüşlərim başlayacaq”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az