Sloveniyalı hücumçu-“QƏBƏLƏ”DƏ – FOTO

“Qəbələ” futbol klubu növbəti transferini reallaşdırıb. Region təmsilçisi sloveniyalı hücumçu Nikolas Rayseli heyətinə qatıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə 1,5 illik müddətə müqavilə imzalanıb.

Fransada anadan olan hücumçu “Paris Sen-Jermen” klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən N.Raysel daha sonra Sloveniyanın “Çelye” (2013-2015), Belçikanın “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib.

2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən hücumçu 2018-2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib. Hücumçu cari mövsümün birinci yarısında da “Ostende”nin formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan N.Raysel bu ölkənin U-21 millisində bir oyunda bir qol vurub.

“Qəbələ” qış transfer dövründə Ehtiram Şahverdiyevi və fransalı Abdelrafik Jerarı transfer edib.

Etikxeber.az

Read Previous

“Yüzlərlə gəncin yetişməsində böyük rolu olan müəllim xeyir-duası bir başqa duyğudur” – QƏNİRƏ PAŞAYEVA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Artıq epidemiyanın qarşısını almaq mümkündur” – ÇİNİN ÖLKƏMİZDƏKİ MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir