“Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələləri hazırkı dövrdə önəmlidir…”-SEVİNC FƏTƏLİYEVA

CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda vacib məsələlər müzakirə olunub. Bir sıra məsələlərin həlli baxımından aparılan müzakirələr önəmlidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, videokonfransda şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin təşkil edilməsində Azərbaycan Prezidentinə liderlik səylərinə görə minnətdarlıq edib. Müzakirə olunan “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələləri hazırkı dövrdə önəmlidir.

Deputat deyib ki, videokonfransda, həmçinin CISCO kimi nüfuzlu şirkətin Azərbaycanın müvafiq strukturları ilə çox uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin vitse-prezidenti isə bu əməkdaşlığın təcrübə qazanmaq baxımından əhəmiyyətini qeyd etdi:

“O, təmsil etdiyi şirkətlə “Quantelo” şirkəti arasında həyata keçiriləcək əməkdaşlığın perspektivləri barədə də danışdı, vahid məlumatlar sisteminin yaradılması istiqamətində görülən işləri qeyd etdi və bunun ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcəyini bildirdi. Dövlətimizin başçısı İlham Əliyev də qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Prezident bildirdi ki, “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. Dövlətimizin başçısı “Smart ölkə” ideyasını və digər təşəbbüsləri də dəstəklədiyini də bildirdi”.

S.Fətəliyeva texnologiyalar dövründə bu kimi layihələrin ölkəmizə böyük faydalar gətirəcəyini diqqətə çatdırıb.

O, bu baxımdan, CISCO şirkəti ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Təhsil və ya tələbə kreditləri istənilən halda həllini tapmalıdır və…” – AYDIN MİRZƏZADƏ BİLDİRİR Kİ, İSTƏNİLƏN ƏN PİS SSENARİYƏ DƏ HAZIR OLMALIYIQ

Read Next

“Haradasa xalqın malına göz dikən məmur varsa…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir