Söhbət kiminsə əlinə ələm götürüb pul yığmağa məcbur edilməsindən gedir ki… – KOMİTƏ SƏDRİ

“Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir”.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, kimsə dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur.

Xaricdə islam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağa haqda da danışan komitə sədri bunları deyib: “Azərbaycanda Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dini təhsil verilir. Ancaq bizdə xristian və yəhudi dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı məhz xaricdə İslam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qoymuşuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətəninə, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidirlər”.

Etikxeber.az

Read Previous

Dünyəvi dövlət quruluşunu dəyişəməyə cəhd edənlərə – ÖMÜRLÜK HƏBS

Read Next

Xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırılacaq, rabitə xidmətləri məhdudlaşdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir