“Son 1 ayda baş verən hadisələr…” – MİLLƏT VƏKİLİ

Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevirib. Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır. Son 1 ayda baş verən hadisələr isə Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Pərvin Kərimzadə söyləyib.

Deputat qeyd edib ki, bu il oktyabrın 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə Soçidə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin işğal altındakı Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına kəsərli cavab verərək, ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

parvinnnnnn

“Valday” Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri olan Fyodr Lukyanovun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin bu forumda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi.

Oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi. İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən dövlətimizin başçısı İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulmasının erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi.

Prezident İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinin faşizm ideologiyasını həm də faktlarla ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.

Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunmasının qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi olduğunu qeyd edən Pərvin Kərimzadə bildirib ki, bu, Azərbaycanın dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer aldığını bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha göstərdi…”-deyə, P. Kərimzadə sözlərinə əlavə edib (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Əli Həsənov yazdı: BOYKOT OLUNMUŞLARIN İFLASI

Read Next

Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə – ÇATACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir