Son 2 ildə kino sahəsinə vəsait məhdudlaşdırılıb – ŞƏRİFOVDAN ETİRAF

Etiraf etməliyəm k, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Amma heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

samir-sarifov

Onun sözlərinə görə, əvvəlki illərdə bu sahəyə hər il təxminən 8 milyon dollara yaxın vəsait ayrılıb.

Nazirin fikrincə, bu isə kifayət qədər böyük vəsaitdir:

“Bu məsələyə sistemli yanaşma lazımdır. Daha səmərəli mexanizm yaradılarsa, bu mexanizm yüksək keyfiyyətə malik kino əsərlərinin yaradılmasına xidmət edər. Təkcə onu qeyd etmək istəyirəm ki, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür. Ona görə də gəlin, bu məsələyə nikbin yanaşaq. Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyətyönümlü dəyişiklik baş verməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ekranların əksəriyyətini şit və xəcalət verən seriallar zəbt edib – XALQ YAZIÇISI

Read Next

Jalə Əliyevanın daha bir qəbulu: SEÇİCİLƏR NƏDƏN DANIŞDI, NƏYƏ GÖRƏ MİNNƏTDARLIQ ETDİLƏR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir