Son 5 ildə 4-cü səfər, son 1 ayda 2-ci görüş və ya Ermənistana verilən mesaj – ŞƏRH

ELDAR İBRAHİMOV: Üz cizgiləri, Putinin baxışları əslində çox şey söyləyirdi, yəni, Ermənistana, onun baş nazirinə güvənsizlik açıq-aşkar sezilirdi. Ancaq Azərbaycana səfərində, Azərbaycan prezidenti ilə görüşündə tamam başqa ab-hava, mənzərə vardı. Yəni, ölkəmizə, onun rəhbərinə əsl dostluq və səmiyyət üzrərində qurulan bir münasibət, ifadə vardı

Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin Azərbaycana gözlənilən səfəri dünən-sentyabrın 27-də çox yüksək səviyyədə baş tutdu. Bu, Putinin Azərbaycana son 5 il ərzində 4-cü səfəri, son 1 ayda isə Azərbaycan Respublikasının Prezidenti ilə ikinci görüşü idi.

Bunu Etikxeber.az -a açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.

“Cənab Putinin səfəri əvvəlcədən elan edildiyi kimi, daha çox Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, bu səfərdə və səfər zamanı iki dövlət başçısının keçidiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusi oldu. Bu, elə əvvəlcədən də ehtimal olunurdu və gözləntilər baş verdi”– deyən, millət vəkilinin sözlərinə görə, iki ölkə rəhbərinin təkbətək görüşündə həm cüdo yarışlarının ölkəmizdə keçirilməsi, həm də növbəti Forumun reallaşması məsələsinə toxunuldu:

İlya-VLAD-1

ALİYEV VE PUTİN-2

İLYA_VLAD

“Rusiya prezidenti “Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər”-deyərək, Bakıda keçirilən yarışın təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfə olduğunu bildirdi. Daha sonra Forum haqqında danışarkən “Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir”- dedi və əlavə etdi ki, bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərin yüksək səviyyəsini və həcmini nəzərə alaraq bizim həmişə danışmağa sözümüz var. “Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var”-deyə, V.Putin bildidi. Azərbaycan prezidenti də öz növbəsində bu səfərin xüsusi xarakter daşıdığını və onu reallaşdırdığna görə Rusiya prezidentinə minnətdarlığını ifadə etdi. Dövlət başçımız həmçinin, “Biz bu gün ilk dəfə olaraq rekord miqdarda – minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük”-deyərək, bunun münasibətlərin səviyyəsinin parlaq göstəricisi olduğunu vurğuladı. Bundan sonra hər iki dövlət başçısı cüdo yarışlarını izlədi, sonra isə Forumun açılış mərasiminə qatılaraq, orada geniş nitq söylədilər. Hər iki çıxışda da münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsdindən, əlaqlərin gələcək inkişafından bəhs edildi. Ən əsası bu qarşılıqlı mübasibətlərin və əlaqələırin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq dilə gətirildi”.

E. İbrahimovun dediyinə görə, burada ən vacib məqamlardan biri də heç şübhəsiz ki, məlum görüşün və səfərin BMT Baş Assambleyasının növbəti sessiyası günlərinə təsüdif etməsi idi.

eldar-bdu

“Belə ki, bu görüş Ermənistanın avantürist və artıq hər kəsin qeyri-ciddi şəxs kimi qəbul etdiyi baş nazir Paşinyanın BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxışı, daha doğrusu, sərsəmləməsi ərəfəsində baş tutdu. Əslində bu görüş Ermənistana və onun küçə psixolgiyasından uzaqlaşmayan, Gümrü və İrəvan küçələri ilə BMT kürsüsünü səhv salan Paşinyana bir mesaj idi. Yəni, cənab Putin bu səfəri ilə Ermənistan rəhbərliyinə açıq-aşkar inanmadıqlarının, güvənmədiklərinin və etibar etmədiklərinin mesajını vermiş oldu. Eyni zamanda, bu bölgədə əsas söz və nüfuz sahibi kimi Azərbaycanın önəminə diqqət çəkmiş oldu.

Bildiyiniz kimi, Soçi görüşündən sonra Paşinyan tələm-tələsik Moskvaya səfər edərək, Vladimir Putinlə görüşdü. Həmin görüşdəki üz cizgiləri, Putinin baxışları əslində çox şey söyləyirdi, yəni, Ermənistana, onun baş nazirinə güvənsizlik açıq-aşkar sezilirdi. Ancaq Azərbaycana səfərində, Azərbaycan prezidenti ilə görüşündə tamam başqa ab-hava, mənzərə vardı. Yəni, ölkəmizə, onun rəhbərinə əsl dostluq və səmiyyət üzrərində qurulan bir münasibət, ifadə vardı.

pasin-masin

pasinyannnnnn

Bu, elə bilirəm ki, ermənilərə, onların baş nazirinə ciddi dərs, mesaj və siqnal olmalıdır. Bilməlidirlər ki, artıq onların dövranı keçib, onlar əzilmiş kart kimi kənara atılıblar, kimsəyə artıq yaramırlar, sərf etmirlər. Bu, əlbəttə ki, bizim üçün çox vacib və əhəmiyyətli məqamlardandır. Bundan hər birimiz çox razıyıq və hesab edirik ki, hər zaman da münasibətlərin, əlaqələrin, əməkdaşlığın bu inkişaf səviyyəsi, bu tempi qorunub saxlanılmalı və inkişaf etdirilməlidir.  İnanırıq ki, bu, belə olacaq. Çünki həm Azərbaycan və Rus xalqı, həm də hər iki ölkənin prezidentləri uzaqgörən və müdrikdirlər. Onlar münasibətlərin, əlaqələrin bundan sonra kimsə tərəfindən korlanmasına imkan, fürsət verməyəcəklər və bu, hər iki dövləti və xalqı hələ bir çox qarşılıqlı uğurlara, zəfərlərə imza atmağa sövq edəcək”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kişi cinsli vətəndaşlar 15 yaşında ilkin hərbi qeyddiyata alınacaq

Read Next

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə dəyişdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir