“Son danışıqlar təsdiq etdi ki, Azərbaycanın milli maraqları, mənafeyi hər şeydən üstündür və heç bir kənar qüvvə milli dövlətşiliyimizə, suverenliyimizə və dövlət maraqlarımıza zidd heç bir hərəkət edə bilməz”-SABİQ DEPUTAT

Moskada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli danışıqları başa çatıb.

Danışıqlarda Qarabağda atəşkəsə dair üçtərəfli 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrası və bölgədəki problemlərin həlli ilə bağlı gələcək addımların atılması, Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsi, birgə kommunikasiyaların yaradılması, region ölkələri ilə coğragi-iqtisadi tranzit imkanlarının təşkili və digər mühüm məsələlər müzakirə olunub.Moskva görüşünü necə qiymətləndirmək olar və danışıqların yekun aktının ictimai-siyasi əhəmiyyəti nədən ibarətdir?

Əvvəla, görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş nazirinin əhval-ruhiyyəsindən, fiziki görkəmindən də aydın hiss olunurdu ki, qalib tərəf – Azərbaycan daha nikbin və praqmatikdir, qətiyyətli və inamlı, inadlıdır.

Bunu Cənab İlham Əliyevlə Vladimir Putinin olduqca səmimi görüşü zamanı xoşməramlı jestlər də biruzə verirdi. Paşinyanın isə solğun, ümidsiz görkəmindən məğbiyyətin acı cizgiləri hələ də sezilirdi. Ermənistanın baş naziri sanki suyu süzülmüş peşman halda Kremlə gəlmişdi.Moskva görüşünün detalları Rusiya prezidentinin çıxışından da göründüyü kimi birbaşa noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn mühüm işlərin dayanmadan yerinə yetirilməsini özündə ehtiva etdi.

Tərəflər üçün masaya qoyulan başlıca məramlar da aydınlaşdı. Bölgədə davamlı sülhyaratma prosesinin möhkəmliyi fonunda Qarabağda normal həyatın nizamlanması, Azərbaycan-Ermənistan sərhəddində demarkasiya xətlərinin müəyyənləşdirilməsi, regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi 2021-ci il və qarşıdakı dövrün gerçək prinsipləridir. Bu strateji istiqamətlər üzrə proses başlanılıb və Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrupunu yaradılması da bunu təsdiqləyir.

Məlumdur ki, Qarabağda müharibə Azərbaycanın Zəfəri ilə başa çatıb və hazırda siyasi-diplomatik savaş başlayıb. Vətən müharibəsi dövründə beybəlxalq və regional diplomatik müharibənin qalibinin də Azərbaycan olduğunu nəzərə alsaq, üçtərəfli masalarda və digər siyasi disskusiyalarda ölkəmizin üstünlüyü, yeni reallıqlara uyğun şərtlərlə çıxış etməsini müəyyən etmək çətin deyildi. Bütün cəbhələrdə Azərbaycan məğrur və qalib tərəfdir.Moskva danışıqları onu da təsdiq etdi ki, Azərbaycanın milli maraqları, mənafeyi hər şeydən üstündür və heç bir kənar qüvvə milli dövlətşiliyimizə, suverenliyimizə və dövlət maraqlarımıza zidd heç bir hərəkət edə bilməz.

Azərbaycanın təmin edilmiş ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və bütün tərəflər bunu qəbul edir, Ermənistan bu məsələdə ənənəvi mövqeyindən əl çəkmədiyi halda təcrid vəziyyətində iqtisadi və sosial böhranını dərinləşdirəcək, özü üçün yeni problemlər yaradacaq. Ona görə də, birmənalı olaraq vurğulamaq lazımdır ki, Moskva görüşündə məyus və dilxor olsa da, Ermənistanın baş naziri üçtərəfli danışıqların və nəzərdə tutulan bütün məsələlərin qeyri-şərtsiz yerinə yetirilməsinə məcburdur.

Eyni zamanda, bölgədə sülhməramlıların olmasına baxmayaraq, Azərbaycan torpaqlarında öz rəşadətli missiyasını yerinə yetirən Azərbaycanın Müzəffər Ordusu vəziyyətə tam nəzarət edir və Ermənistanın silahlılardan ibarət terrorçu qrup üzvlərinin hər hansı təxribata əl atacağı halda Dəmir Yumruq işə düşəcək. 44 günlük Vətən müharibəsində bu yumruğun ağır və ölümcül zərbəsini görən Ermənistan bunu unutmamalıdır. Ermənistan hökuməti bütün bu reallıqları aydın şəkildə dərk edir və təcrid və defolt vəziyyətindən çıxmaq üçün regionda hərtərəfli geniş əməkdaşlıq formatının yaradılmasına maraq göstərir.

Paşinyan və İrəvandakı əksər siyasi dairələr də başa düşürlər ki, kommunikasiyaların açılması və tranzitlərin yaradılması onlar üçün yaxşı fürsətdir. Ermənistan Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər qurmağa siyasi iradə nümayiş etdirməklə regional layihələrə qoşulmaq imkanı qazana bilər. Beləliklə, Azərbaycan, Türkiyə, İran, Rusiya və digər ölkələrlə regional əməkdaşlıq regionun iqtisadi inkışafında yeni mərhələnin əsasının qoyulması üçün əlverişli geosiyasi vəziyyət yaranıbdır. Moskva görüşü onu da deməyə əsas verir ki, eyni zamanda, Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Bu, uzun illərdir ki, Ermənistanın təzavüzkar siyasəti səbəindən əziyyət çəkən Naxçıvanın blokadasını da aradan qaldırmış olacaq. Azərbaycanın Naxçıvanla nəqliyyat kommunikasiyalarının bərpa edilməsi isə yeni mərhələnin başlanmsına zəmin yaradır. Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq. Muxtar Respublikanın bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq platforması, yaxın iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaqdır.

Bu bölgədə hamı üçün faydalı olan geniş və daha çoxşaxəli kommunikasiyaların, layihələrin həyata keçirilməsi üçün açıq qapı yaranacaq. Azərbaycanın Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqəsi mümkün olacaq.

Bu amil Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq.

Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.

Vaqif ABDULLAYEV,

Sabiq millət vəkili

Etikxeber.az

Read Previous

“Biz birik, birgəyik, birlikdəyik, belə olub, belədir və belə də olacaq”-MİLLƏT VƏKİLİ TÜRKİYƏLİ GENERALA MİNNƏTDARLIQ ETDİ – FOTOLAR

Read Next

“Hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik…”-Rusiya Prezidenti – Putin, İlham Əliyev və Paşinyan arasında – ÜÇTƏRƏFLİ GÖRÜŞ -BİRGƏ BƏYANAT VERİLDİ – FOTO-VİDEO – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir