“Son dövrlər Azərbaycanda insanların paytaxtdan rayonlara axını güclənib ki…” – DEPUTAT

“2017-ci ildə cənab Prezident İlham Əliyev prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qoydu. Buna da müəyyən qədər nail olundu. Bu ilin 11 ayının yekunları da onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru ciddi inkişaf etməyə başlayıb. Xüsusuilə də idxal-ixrac əməliyyatlarına baxsaq, görərik ki, Azərbaycanda 2017-ci ildə ölkəmizin ticarət balansında 2 milyarda yaxın müsbət saldo yaranıb. Bu da ixracın idxalı üstələməsini bir daha sübut edir”. 

Etikxeber.az xəbər verir ki, bu fikirləri millət vəkili, tanınmış iqtisadçı Vahid Əhmədov dilə gətirib.

VAHİDDD

O, qeyd edib ki, başa çatmaqda olan 2017-ci il Azərbaycanın kənd təsərrüfatı sahəsində də müəyyən irəliləyişlər əldə edilib:

“Kənd təsərrüfatı məhsullarının ixracında artım olub, bu məhsulların ixracı artıb və sairə. Bütün bu sahələrdə müşahidə olunan inkişaf Azərbaycan iqtisadiyyatı üçün də müsbət töhfələr verir.  Bizim üçün ən əhəmiyyətli hadisələrdən biri də 2017-ci il üçün ən aktual məsələ olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin açılışı oldu. Bu layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyəti var”.

Millət vəkilinin sözlərinə görə, “Bakı-Tbilisi-Qars” dəmiryolunun istifadəyə verilməsinin siyasi cəhətdən əhəmiyyəti odur ki, Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir. Digər tərəfdən isə bu layihə Avropa ilə Asiyanı birləşdirən dəmiryoludur:

VAHİDDDD-1

“Vaxtilə bu dəmiryolunun çəkilişi məsələsi gündəmə gələndə, buna xarici ölkələrdən böyük etirazlar var idi. Ancaq bu layihə Azərbaycan dövlət başçısının siyasi iradəsi və böyük səyi nəticəsində reallaşdı. Artıq Bakı-Tbilisi-Qars dəmiryolu işləyir. Vaxt gələcək ki, bu dəmiryolu vasitəsilə 10 milyon tonlarla yük daşınacaq. Artıq Rusiya, İran, Orta Asiya dövlətləri və digər ölkələr də bu layihəyə qoşulmaq niyyətindədirlər.

Ümumiyyətlə, mən hesab edirəm ki, 2017-ci ildə ümumi daxili məhsulun həcmində böyük artım olmasa da, amma bir sıra sahələrdə üstünlüklərə nail olduq”. 

V. Əhmədovun sonra qeyd etdiyinə görə, 2015-ci ildə baş verən devalvasiyadan sonra hamını ən çox narahat edən məsələlərdən biri bank siteminin sağlamlaşdırılması idi:

“Ona görə də 2017-ci ildə bu sahədə bir sıra addımlar atıldı. Doğrudur, bu sahədə problemlər hələ də qalsa da, amma son vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahəyə diqqətini artırıb. Yəni, əhalinin banklara olan borcunun qaytarılması ilə əlaqədar müsbət nəticələr var. Hesab edirəm ki, 2018-ci ildə bank sistemi daha da sağlamlaşdırılmalıdır”.

Millət vəkili vurğulayıb ki, son dövrlər Azərbaycanda insanların paytaxtdan rayonlara axını güclənib. Bu da cənab Prezidentin kənd təsərrüfatına diqqətinin nəticəsidir:

“Son illər Azərbaycanın kənd təsərrüfatı məhsullarında böyük artım hiss olunur. Dövlət tərəfindən kənd təsərrüfatına böyük diqqət ayrılır. Əhalidə də bu sahəyə maraq böyükdür. İstifadə olunmayan torpaqlarla bağlı da qanun qəbul olunub. Torpaqları zəbt edib boş saxlamaq olmaz. Onu əkib becərmək laızmdır. Əks halda onun vergisi verilməlidir ki, torpaqlar boş saxlanılmasın. Bütün bunlar Azərbaycanda kənd təsərrüafatının inkişafına müsbət təsir göstərir. 

Digər sevindirici məqam odur ki, rayonlarda vəziyyət 10-15 il əvvəlki vəziyyətlə eyni deyil. İndi rayonlarda infrastruktur yaradılıb, qaz, elektrik və su təminatı var, yollar salınır. Ona görə də rayonlara investisiya qoymaq rahatlaşıb. Bu səbəbdən də əhalinin böyük əksəriyyəti daha rayonlardan şəhərə deyil, şəhərdən rayonlara axın edir, kəndlərdə torpaq sahələri alıb əkib-becərirlər”.

Millət vəkili həmçinin bildirib ki, hazırda Azərbaycanın 33 rayonu dövlət büdcəsindən dotasiya almadan özünü saxlayır.

“Bu rayon və şəhərlər siyahısına Bakı və Sumqayıt da daxildir. Təbii ki, bu da dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsində mümkün olub. Hesab edirəm ki, digər şəhər və rayonlar da dövlətdən vəsait almadan özünü saxlamağı bacarmalıdır. Bu da həmin rayon və şəhərin icra başçılarının bacarığından asılı olan məsələdir. Əgər icra başçıları rəhbərlik etdikləri rayonlara investisiya cəlb edə bilərlərsə, bu onlar üçün də başucalığı olacaq. Necə ki, hazırda 33 rayon və şəhərdə bu mümkün olub…”-deyə, V. Əhmədov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Dünyamin Xəlilovun cəzası 3 ay azaldıldı…

Read Next

Monqolustan prezidenti İlham Əliyevə zəng etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir