“Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar…”-XİN

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən ilk olaraq 12 iyul tarixində Tovuz istiqamətində baş verən hadisə ilə bağlı bəyanat səsləndirildi.

Etikxeber.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN sözçüsü bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır. O, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin başladığı təxribatla bağlı beynəlxalq ictimaiyyətin reaksiyasına diqqət ayıraraq, bildirib ki, beynəlxalq ictimaiyyət – Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM Ermənistanın hərbi təxribatını qəti şəkildə qınadı. 14 iyul tarixində Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasını qətiyyətlə pisləyib. Baş katib Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair Türk Şurasının məlum mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edib, Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təxribat cəhdi pislənilib.

XİN rəsmisinin sözlərinə görə, Qoşulmama Hərəkatı iyulun 18-də qəbul etdiyi kommunikedə baş verən təxribatı qətiyyətlə pisləyib:

“Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər”.

L. Abdullayeva qeyd edib ki, beynəlxalq təşkilatlarla bərabər ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib:

“Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar. Azərbaycanlılar tərəfindən həmin ölkələrdə Ermənistanın bu cəhdlərinə qarşı cavab aksiyaları təşkil olunur. Erməni radikal təşkilatlarının bu hərəkətlərinə aksiyalarla cavab verilir. Dövlət başçısının birbaşa rəhbərliyi altında diplomatik nümayəndəliklərimiz tərəfindən Ermənistanın təcavüz siyasətinin nəticələri barədə məlumatlandırma işləri davam etdirilir”.

Etikxeber.az

Read Previous

“Şirməmməd Hüseynov mükafatı”nın ilk qalibi-RAMİZ ABUTALIBOV OLDU

Read Next

“Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”-HİKMƏT HACIYEV BƏZİ DÖVLƏTLƏRİ, O CÜMLƏDƏN, SERBİYANI DİQQƏTLİ OLMAĞA ÇAĞIRDI, MİNSK QRUPUNA, HƏMSƏDRLƏRƏ MİSSİYASINI XATIRLATDI – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir