“Son günlərin tarixi anları bir daha göstərdi ki, birlikdə güclüyük və güclü olacağıq” – DEPUTAT

Xalqımız, dövlətimiz bugünlərdə özünün əlamətdar anlarını yaşayır. Cəmi bir neçə gün öncə tarixi “Əsrin müqaviləsi”nin 25 illiyi tamam oldu. Bu tarixi hadisəni təntənəli şəkildə qeyd etdik. Həmçinin, qarşıdan xalqımızın tarixdə ikinci dəfə müstəqillik əldə etməsinin, 1991-ci ilin 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin 28-ci ili gəlir. Müstəqilliyimizin daha bir ilini arxada qoyuruq.

Eyni zamanda, son üç gündə yaşananlar-UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirən “Qarabağ”ın Lüksemburqda ev sahibləri üzərində böyükhesablı qələbəsi, oyun zamanı erməni təxribatına qarşı dik duruşu və təxribatın qarşısının alınması, həmin anlarda ölkə prezidenti cənab İlham Əliyevin dünyanın ən mötəbər platformalarından və kürsülərindən sayılan “Valday”da “Qarabağ Azərbaycanındır və nida işarəsi” deməsi, Paşinyan başda olmaqla, Ermənistanı, separtçıları, onların açıq-gizli dəstəkçilərini idman termini ilə desək, nokauta salması, düşmənə sarsıdıçı diplomatik-siyasi zərbə endirməsi, cəmi saatlar sonra dünya şöhrətli şahmatçımız Teymur Rəcəbovun tarixi qələbəsi, Dünya Kubokuna yiyələnməsi böyük hadisə, tarixi anlar, əlamətdar günlərdir. Hər birimizi sevindirən, riqqətə gətirən, şərəfləndirən, qürurlandıran hadisələr, anlardır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

“İnanmıram ki, kimsə buna sevinməsin, bu uğurları həm də özününkü, bütövlükdə Azərbaycanın zəfəri hesab etməsin. Özünə azərbaycanlıyam deyənin başqa cür düşünməsi, əks mövqedə olması mümkün deyil. Şəxsi, siyasi məsələlərdə bir-birimizə rəqib ola bilərik, bir-birimizi qəbul etməyə bilrik. Amma vətən, dövlət, millət məsələlərində, ümummilli məsələlərdə daim bir olmalıyıq, neçə ki, bu günə qədər də bir olmuşuq”-deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan, son günlərin hadisələri, uğurları millət, dövlət, toplum olaraq, hər birimizin uğuru, nailiyyətidir.

soçi-3

teymur

“Odur ki, bu əlamətdar hadisələr, anlar münasibəti ilə hər bir kəsi, dünya azərbaycanlılarını, Azərbaycan türklərini ürəkdən təbrik edir, hamıya Azərbaycan naminə növbəti uğurlar, zəfərlər diləyirəm. Biz birlikdə, vahid olanda güclüyük və güclü oluruq. Bizim birliyimiz, gücümüz, iradəmiz qarşısında heç kim və heç nə dayana bilmir və bilməz. Bunun dəfələrlə canlı şahidi, iştirakçıları olmuşuq, birlikdə qarşımızdakı maneələri, əngəlləri aşmışıq, dəf etmişik.

Bundan sonra da bir olacağıq, vahid olacağıq və birlikdə ən ağrılı-ümummilli dərdimiz olan Qarabağ problemini də həll edəcəyik. Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın işğalına son qoya biləcəyik. Soçidə verilən tarixi bəyanat, tarixi mesaj bunun siqnalıdır. Hər kəs, xüsusilə də, Ermənistan və onun başabəla siyasətçiləri, rəhbərləri, ermənilərə, separatçılara dəstək verənlər bu siqnaldan, bu mesajdan, bu xəbərdarlıqdan ciddi nəticələr çıxarsınlar, dərs götürsünlər. Nəticə çıxarmasalar, dərs almasalar, olan onların özünə olacaq.

kamilla-13

Azərbaycan əsla və əsla Qarabağ, torpaq məsələsində güzəştə getməyəcək, mövqeyində dəyişiklik etməyəcək və işğal altında olan bütün ərazilərini son qarşısınacan azad edəcək. Həmin gün isə çox da uzaqda deyil. Soci, Lüksemburq, Xantı-Mansiysk uğuru, zəfəri bir daha bunu açıq şəkildə ortaya qoydu…”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Ceyhun Bayramov müəllimləri – TƏBRİK ETDİ

Read Next

Premyer Liqada 7-ci tura start verilir – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir