Son iki gündə Ermənistanın 3-cü PUA-sı-MƏHV EDİLİB -MÜDAFİƏ NAZİRLİYİ

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

Etikxeber.az

Read Previous

“Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə…”-PƏRVİN KƏRİMZADƏ

Read Next

391 yeni yoluxma-9 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir