Son iki il iki ayda ilk dəfə olaraq-YOLUXMA VƏ ÖLÜM FAKTI QEYDƏ ALINMADI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, ali təhsilli, subay…Gəncə Şəhidlərindən Hikmət Məmmədovun adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

3 övladdan, əkiz qardaşlardan biri, 3 medallı, Kiçik çavuş-ASİF ABIŞOVUN 30 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir