Son məhsula görə subsidiyaların veriləcəyi kənd təsərrüfatı məhsullarının siyahısı hazırlanır-NAZİRLİK

Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır.

Nazirlikdən Etikxeber.az-a bildiriblər ki, sentyabrın 17-də Sabirabad rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr edilmiş birinci ümumrespublika müşavirəsində qarşıya qoyulmuş vəzifələrin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icrasının təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupu on gün müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq.

Eyni zamanda, müasir texnologiyalar əsasında məhsul istehsalının genişləndirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların veriləcəyi məhsulların siyahısı, subsidiyaların verilməsi şərtləri və məbləğləri barədə təkliflər də hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim ediləcək.

Etikxeber.az

Read Previous

Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edildi

Read Next

Qənirə Paşayeva Nuri Paşa haqqında yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir