Sonda Rusiya beynəlxalq birliyə qarşı mübarizəni uduzacaq-ZELENSKİ – LİMAN ŞƏHƏRİ RUSİYA İŞĞALINDAN AZAD EDİLDİ – YENİLƏNİB

Bu həftə Donbasın bir çox yerlərində Ukrayna bayrağı dalğalanacaq.

Etikxeber.az-ın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 220-ci gününün sonunda etdiyi videomüraciətində deyib.

Bildirib ki, bu hərakat Ukrayna hər şeyi alana qədər davam edəcək.

Onun sözlərinə görə, bu gün dünya daha çox Rusiyanın ərazilərimizi ilhaq etmək cəhdinin pislənməsinə qoşulub.

“Nəticədə Ukraynanı və beynəlxalq hüququ açıq şəkildə dəstəkləyən və Rusiyanı bu növbəti aqressiv addımına görə qınayan onlarla bəyanatımız var”-deyən Zelenski BMT-nin baş katibi Antonio Quterreşin bəyanatını ayrıca qeyd edib:

“O, birbaşa deyib ki, Rusiyanın BMT-nin məqsəd və prinsiplərini, nizamnaməsini pozan “referendum”larının və ilhaq cəhdlərinin heç bir hüquqi nəticəsi olmayacaq”.

Zelenskinin dediyinə görə, BMT-də ən yüksək səviyyədə belə sözlər eşidiləndə dünyada hamı hər şeyi başa düşür. Rusiya isə bu dünya anlayışını dayandıra bilməz.

Zelenski əmin oldğunu bildirib ki, sonda Rusiya beynəlxalq birliyə qarşı mübarizəni uduzacaq.

09:19

***

“Ukrayna hərbçiləri Donetks vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib”.

Bu barədə isə Ukrayna Prezidenti Telegram kanalında məlumat verib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib”, – dövlət başçısı vurğulayıb.

Zelenski şəhərin azad edilməsinə görə Ukrayna hərbçilərinə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini işğaldan azad edib.

Şəhər mayın 26-dan Rusiyanın nəzarəti altında olub.

Etikxeber.az

Read Previous

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq-SABAH

Read Next

Nəşi 2021-ci ilin 14 yanvar tarixində dəfn edilən-ailənin tək və yeganə övladı, ali təhsilli, peşəkar hərbçi, “Rəşadət” ordenli-HƏSƏNAĞA ABDULLAZADƏNİN ŞƏHİDLİYİNDƏN İKİ İL KEÇİR…- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir