“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir…”-İBRAHİM MƏMMƏDOV

Koronavirus pandemiyasının iqtisadiyyata və vətəndaşlara dəyə biləcək zərərinin önlənməsi üçün Nazirlər Kabineti yaxın vaxtlarda bəzi sənədləri (sosial paketin mühüm məqamlarını) açıqlayacaq və yayacaq.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bir az öncə sosial şəbəkə hesabında bunun anonsunu verib və aşağıdakıları qeyd edib:

“1.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı;2. 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı;3. Vergi güzəştləri, imtiyazları və tətilləri proqramı;4. Yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı. Bu proqramın həcmi 500 milyon manat təşkil edir;5. Sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı;6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket;7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir;8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı;9. Əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramı;10. Həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan dövlət və özəl şirkətlərlə bağlı məqsədli proqram”.

Etikxeber.az

Read Previous

“Karantində Türkiyədə təhsil alan bir tələbəmiz var onunla əlaqədəyik…”-DEPUTAT NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Read Next

Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır-BU GECƏDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir