Sosial, beşdən çox uşağı olan qadınlara verilən müavinətlər artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Etikxeber.az-nın məlumatına görə, sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident  həmçinin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb. Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Azərbaycan prezidenti eyni zamanda, beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Etikxeber.az

Read Previous

Əsədovdan Səmədzadəyə: “PARLAMENT TEXNİKİ TƏŞKİLAT DEYİL”

Read Next

Komitə sədri ölkə Prezidentinin sərəncamını şərh etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir