Sosial müəssisələrlə bağlı ayrıca – QANUN LAYİHƏSİ HAZIRLANA BİLƏR – TƏKLİF

Azərbaycanda sosial müəssisələrlə bağlı qanun layihəsinin qəbuluna ehtiyac var.

Etikxeber.az xəbər verir ki, bu təkliflə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Musa Quliyev çıxış edib.

O, iclasda əhalinin məşğulluğu məsələsi ilə bağlı qaldırılan məsələyə toxunaraq, bu yöndə problemlərin qaldığını deyib:

“Əhalinin məşğulluğu məsələsində böyük addımların atılmasına baxmayaraq, hələ də problemlər qalmaqdadır. Odur ki,  bizdə də dünyada mövcud olan əmək müəssisələri ilə bağlı qanun layihəsinin hazırlanması, müzakirələrə çıxarılması və qəbuluna ehtiyac var. Bizdə də bu qanun olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“Qiymətlər çox böyük sıçrayışla artır…” – ARAZ ƏLİZADƏ

Read Next

Çempionlar Liqasının birinci turun ən yaxşı oyunçusu adına namizədlər – AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir