“Sosial müdafiəyə ehtiyacı olanlara nəzərdə tutulmuş 190 manat bir neçə də artırılmalı və daha çox insana verilməlidir”-İSA QƏMBƏR

Bu gün Emin Hüseynovun təşəbbüsü ilə koronavirus pandemiyası şəraitində mövcud problemlər, xüsusən Rusiya-Azərbaycan sərhəddində yüzlərlə vətəndaşımızın əzilməsi və əzdirilməsi müzakirə edildi.Mən də çıxış etdim və MSDM adından aşağıdakıları təklif etdim: Mövcud şəraitdə müzakirə ediləsi xeyli problemlər var. Onları müzakirə etmək üçün İctimai Komitə yaradılmalıdır. Nüfuzlu həkim, psixoloq, sosioloqlardan, vətəndaş cəmiyyəti fəallarından və tanınmış siyasi xadimlərin ibarət bu Komitənin əsas missiyası üç istiqamətdə olmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu eks-spiker, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər deyib.

İ. Qəmbər sonra həmin istiqamətləri açıqlayıb: Pandemiya ilə mübarizə sahəsində dünyada və ölkəmizdə toplanmış təcrübəni təhlil etmək, yanlışları aradan qaldırmaq, doğruları daha da gücləndirmək. Cəmiyyətin hakimiyyət strukturlarına etimadsızlığını kompensasiya edərək vətəndaşlarımızı virusun son dərəcə təhlükəli olduğuna və maksimum diqqətli davranmaq zərurətinə inandırmaq və cəmiyyətin hakimiyyət üzərində ictimai nəzarət funksiyasını gerçəkləşdirmək.

“Eyni zamanda müzakirəsi zəruri olan mövzularla yanaşı gün kimi aydın olan, mübahisələndirilmədən həll edilməli bir neçə mövzunu da diqqətə çatdırdım:1. Vətəndaşlar, xüsusən Rusiya ilə sərhəddə toplaşmış yüzlərlə vətəndaşımız xaricdən Azərbaycana gətirilməlidir.2. Sosial müdafiəyə ehtiyacı olanlara nəzərdə tutulmuş 190 manat bir neçə də artırılmalı və daha çox insana verilməlidir.3. Koronavirusla qarşı mübarizə aparan həkim və tibb işçilərinin əməkhaqqı 4-5 dəfə artırılmalıdır.4. Hakimiyyətin pandemiya şəraitindən siyasi sui-istifadəsi, siyasi həbslər dayandırılmalıdır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“İnsanlar koronavirusun doğurduğu iqtisadi, psixoloji çətinlikləri duyur, amma…”-MM-İN KOMİTƏ SƏDRİ NİKBİNDİR

Read Next

491 yeni yoluxma-6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir