“Sosial şəbəkələr təzyiq vasitəsinə, dəyərlərə təhdidlər yaradan amansız bir silaha çevrilib, odur ki…”-İLHAM MƏMMƏDOV

Sosial şəbəkələr günümüzün, həyatımızın bir reallığıdır. Günümüzü, həyatımızı bunsuz təsəvvür etmək mümkün deyil. Çünki informasiyaların vaxtında dəqiq çatdırılması, həmin informasiyalar əsasında işlərin qurulması, ümumiyyətlə, bütövlükdə dünyanın yeni texnologiyasının brendidir və bu, artıq günü-gündən sürətlə inkişaf edir. Demək olar ki, sürət əsrini qabaqlayan, sürət əsrini aparan bir brenddir. Təbii ki, pandemiya vaxtı da sosial şəbəkələrin insanların həyatında nə qədər əhəmiyyətli olduğunun şahidi olduq. Ancaq çox təəssüflər olsun ki, sosial şəbəkələrin bu geniş imkanlarından tam əksinə istifadə olunması hallarının da şahidiyik.

Necə ki, vaxtilə atom kəşf olunarkən onun dinc məqsədlər üçün istifadəsi nəzərdə tutulmuşdu, amma çox təəssüflər ki, sonradan onu atom bombası şəklinə çevirərək, kütləvi insan qırğınına gətirən bir silah növünə, təhdid növünə çevirdilər. Bu gün də əfsuslar olsun ki, sosial şəbəkələrin atom bombasını xatırlada biləcək bir qolu ayrılır ki, bu, ölkələ, dövlətlər arasında terrorizmi, şantajı, insanların bir-birinə təzyiq vasitəsini, şəxsi həyata qarışmaq, sosial sahədən tutmuş, mədəni, mənəvi, əxlaq dəyərlərinə ciddi təhdidlər yaradan ən böyük silaha çevrilib və bunun öz oyunçuları var.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

O, bildirib ki, heç də təsadüfi deyil ki, dünyanın nəhəng güclərindən biri, “demokratiya”nı dünyaya “ixrac edən”, “demokratik” dəyərlərin pozulmasına görə, hətta, ölkələri Yer üzündən silməyə belə hazır olan ABŞ və onun dövlət başçısı sosial şəbəkələrin təhlükəsini nahəyət ki, dilə gətirdi.

“Doğrudan da, sosial şəbəkələr, elə biz özümüz də bunu həmişə dilə gətiririk və deyirik, qərəzsiz jurnalistika, qərəzsiz sosial informasiya vasitələri insanların həyatına xidmət edir. Ancaq çox təəssüflər olsun ki, məhz insanlarımızın ağır günündə sosial şəbəkələrdə terrorizmi yayan, təxribat, şər, böhtan kampaniyasını aparanlar var və həmin kampaniyanın oyunçuları elə Azərbaycanda da mövcuddurlar. Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı, digərləri bu pandemiya vaxtı heç olmasa, bir xoş çağırış etmək, ölkə rəhbərinin gördüyü işlərə kiçik də olsa, müsbət bir fikir bildirmək istəmirlər. Demirlər ki, möhtərəm cənab Prezident, bu işlərə görə çox sağ olun. Baxmayaraq ki, pandemiya tüğyan edir, amma siz Qobda üçüncü bir qəsəbəni açırsınız, bu qədər insanlar orada yerləşir və nəinki yerləşir, hətta, onlara iş yerləri də yaradılıb. Amma bunu etmirlər, əksinə, şər, böhtan yağdırırlar.

Axı, gerçəkdən də, dünyanın hansı bir yerində bu işlər görülür? Heç birində, yoxdur, analoqu olmayan bir məsələdir. Ancaq onlar qəpikləri hesablayırlar. 190 manat ayrılanda filan məsələ oldu, nə bilim filan məsələ belə gəldi, nə bilim burada beş manat əskik çıxdı və sair və ilaxır. Bu cür vətəndaşlıq, bu cür müxalifətçilik olmaz, bu, düşmənçilikdir. Özünüz də şahidsiniz ki, Ramil Səfərovla bağlı Avropa İnsan Hüquqları Məhkməməsi məhz ermənilərinin təkidi ilə məsələ qaldırdı. Təbii ki, bu məsələ də flasa uğradı və Azərbaycan dövlətinə, Macarıstan dövlətinə qarşı heç bir qərar çıxarılmadı. Başqa cür də ola bilməzdi.

Eyni zamanda, Ramil Səfərov kimdir, bizim azərbaycanlı övladımız, hansı ki, bayrağımızdan ötrü bütün həyatını qurban verməyə hazır olan bir gəncdir. Heç olmasa, çıxın o sosial şəbəkələrdə onu müdafiə edin. Ramil Səfərov Macarıstandan məhz möhtərəm Prezidentimizin uzun illər əziyyəti və cəhdi nəticəsində ölkəmizə gətirildi. Çıxın heç olmasa onu deyin. Çıxın heç olmasa, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımların müsbət tərəfini deyin. Qoyun heç olmasa, stimul əmələ gəlsin, insanlarda ümidsizlik yaranmasın.

Ona görə də hesab edirəm ki, sosial şəbəkələrin hüquq müstəvisində nəzərətə götürülməsi, tənzimlənməsi üçün atıla biləcək hər bir addımı dəstəkləyirik. Siz də dəstəkləyin. Biz də dəstəkləyirik. “Youtube” kanallarını açın, xaricdə oturub əxlaqsızcasına ana-bacı söhbətləri edirlər…Həmin söhbətləri edənləri, söyüşlər söyən o nacinsləri biz hüquqi müstəvidə cəzalandırmalıyııq. Bütün bunlar öz cəzasını almalıdır…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in sabahkı iclasında-3 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK

Read Next

168 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir