Sosial şəbəkələrdə ekstremizmə görə inzibati həbs qərarı qəbul edildi

Rusiyanın Saratov vilayətində sosial şəbəkələrdə ekstremizmə görə bu ölkədə ilk dəfə inzibati cəza haqqında məhkəmə qərarı qəbul edilib.

Etikxeber.az xəbər verir ki, Saratov sakini Aleksey Alekseyev “VKontakte” sosial şəbəkəsində milli ədavətə, ekstremizmə çağıran materiallar yayıb, Qafqaz, Orta Asiya regionlarının əhalisini, ukraynalıları, zənciləri, meksikalıları təhqir edib, ağ dərililərin digər irqlərdən üstün olduqlarını yazıb.

Vilayət məhkəməsi Alekseyevin ilk dəfə inzibati qanun pozuntusunda təqsirli bilinməsini, təqsirini boynuna almasını və peşman olmasını nəzərə alaraq, barəsində 5 sutka müddətində inzibati həbs cəzası təyin edib.

Qeyd edək ki, ötən ilin noyabrında Rusiya parlamentinin qəbul etdiyi qanuna dəyişikliklərə əsasən, sosial şəbəkələrdə ekstremist məzmunlu informasiya yaymaqda ilk dəfə təqsirləndirilən şəxslərə qarşı yalnız inzibati cəza tətbiq ediləcək.

Etikxeber.az

Read Previous

Kyellini 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq…

Read Next

“Qalib gəlsəydik, daha yaxşı olardı” – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir