Sosial şəbəkələrdəki müzakirələri mənasız hesab edirəm – KOMİTƏ SƏDRİ

Başqa dillərdə də tədrisə icazə verilir

Azərbaycanda təhsil sahəsində tədris dili dövlət dilimiz olan Azərbaycan dilidir. Bu, birmənalıdır. Amma Təhsil Nazirliyinin də icazəsi olmaqla, bəzi hallarda ümumi təhsil müəssisələrində Azərbaycan dili, dövlət dili yanaşı, başqa dillərdə də tədrisin aparılması nəzərdə tutulur. Yəni, “Təhsil haqqında” qanunda nəzərdə tutulan texiniki xarakterli dəyişikliklərdə bu məsələ də var.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 23-də  keçirilən iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihələrinin müzakirəsi zamanı akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.

isa-habib

O, eyni zamanda bildirib ki, “Təhsil haqqında” qanuna yeni məzmunda təklif olunan 19.11-ci maddə cəmiyyətdə, sosial şəbəkələrdə ciddi müzakirə mövzusudur:

“Hesab edirəm ki, bu məsələyə təhsil nazirimiz də münasibət bildirsə, yaxşı olar. Yəni, “Təhsil haqqında” qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Ancaq neçə gündür cəmiyyətdə, sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr getməkdədir. Əslində belə hesab edirəm ki, bununla, yəni, təklif olunan dəyişikliklə bu məsələdəki bürokratik əngəllər aradan qaldırmış olur. Söz-söhbətlərə də ehtiyac qalmır.Bu, mütərəqqi dəyişiklikdir. Bu baxımda da, sosial şəbəkələrdəki müzakirələri mənasız hesab edirəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Sertifikasiya sistemi uğurla tətbiq olunmaqdadır – NAZİR

Read Next

Təhsilimizdə yeni səhifə açılacaq, təhsil sistemimiz sağlamlaşacaq – MUSA QASIMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir