Sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq bildirilib-OPERATİV QƏRARGAH BƏZİ JURNALİSTLƏRƏ DƏ İRAD TUTUB – YENİLƏNİB – (2)

35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs 2 dəfə, sağalanlar ən azı 3-4 dəfə yoxlanılır.

Etikxeber.az məlumat verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Ölkədə virusun nə vaxt pik həddə çatıb, nə vaxt azalması məsələsinə gəldikdə Y. Qarayeva deyib ki, ilk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var:

“Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu, yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çata və ya azala bilməsi üzərində işlər aparırlar”.

Sonra “Adi su və sabunla yusaq, əllərimiz təmiz olar”-deyən Y. Qarayeva bildirib ki, əlcəklərdən istifadəni mütləq, zəruri saymır;

“Əlcəklərimiz və tibbi maskalar həkimlər və tibb bacılarımıza daha çox lazım olacaq”.

***

“Bütün qayda və tələblərə riayət olunduğu halda koronavirusla bağlı 2 həftədən sonra müsbət istiqamətə dönüş başlaya bilər”.

Bunu isə mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, vətəndaşlar karantin rejiminə əməl etdikdə mümkün olar:

“Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməyəcək, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”. 

O, həmçinin deyib ki, koronavirusdan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər var. İ. Məmmədov qeyd edib ki, hələlik bununla bağlı son qərar qəbul olunmayıb:

“Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar insanların koronavirusdan gördükləri zərəri qarşılamaq üçün yetərli olacaq. İnsanların, sahibkarların, aztəminatlı əhalinin əzabları yüngülləşdirilməlidir. Bu 3 məqam nəzərə alınaraq təkliflər hazırlanır və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Yardımla bağlı indidən rəqəmlər səsləndirmək düzgün deyil”.

***

“Polisin karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün kifayət qədər şəxsi heyəti, vasitələr var”.

Bunu öz növbəsində mətbuat konfransında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib. 

Ə. Baqişev insanların karantin rejimin riayət eləməsi üçün kifayət qədər şəxsi heyət və vasitələrin olduğunu bildirib: “Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün şəhər və rayonları bağlanıb, postlar qurulub”. 

Ə. Baqişev deyib ki, karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq edilib.

***

Daha sonra “Xüsusi karantin rejimi ilə bağlı aprelin 1-də yayılan sənəd həqiqəti əks etdirmir”– deyən İ. Məmmədov bildirib ki, son günlər bəzi jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar:

“Məsələn, yazırlar ki, “x” kəndində virus yoluxma var. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var, ajiotaj yaranır. O jurnalistlərin içərisində tanınmışlar da var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidir”.

Etikxeber.az

Read Previous

“Sürücülərdən biri yoluxsa, məcbur olub qarajın xidmətini dayandıracağıq…”-VÜSAL KƏRİMLİ VƏTƏNDAŞLARI İTTİHAM ETDİ

Read Next

“Bu çətin günlər də bizim üçün unudulmaz tarixdir, imtahandır…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir