“Sosial şəbəkələrdə gedən tərbiyəsizlikdən də söz açdım ki…” – DEPUTAT – FOTOLAR

Fevral ayının 13-14-ü tarixlərində yenidən deputat seçildiyim Bərdə rayonunda idim. Əvvəl Bərdə rayon İcra Hakimiyyətində rayonun illik hesabat iclası, 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak etdim. Bərdə rayon İcra  Hakimiyyətinin başçısı Vidadi İsayevin geniş və ətraflı hesabat məruzəsindən sonra mən də Bərdə rayonunu parlamentdə təmsil edən millət vəkillərindən biri olaraq, cıxış etdim, məruzəni məqbul qiymətləndirdim, Bərdədə son illər görülən işləri, böyük inkişafı yüksək dəyərləndirdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, akademik Gövhər Baxşəliyeva deyib.

Millət vəkili bildirib ki, çıxışında daha sonra bütövlükdə ölkəmizin daxili və xarici siyasətindən danışıb, dünyada və ölkədə cərəyan edən proseslərdən söz açıb,  ölkə Prezidenti İlham Əliyevin rəhbəliyi ilə həyata keçirilən böyük quruculuq və modernləşmə işlərindən geniş bəhs edib.

“Həmçinin, son gunlərin qərar və fərmanlarından danışdım, sosial şəbəkələrdə baş alıb gedən tərbiyəsizlikdən və onlara insanlarımız tərəfindən layiqli cavab verilməsi zərurətindən söz açdım.

Bildirdim və yenə də bildirmək istəyirəm ki, bəzi məkrli qüvvələr tərəfindən sosial şəbəkələrin təhqir, söyüş, az qala döyüş meydanına çevrilməsi yolverilməz, qəbuledilməzdir və bunların qarşısı alınmalıdır. 

Daha sonra seçicilərlə kollektiv və fərdi şəkildə görüşdüm, onları dinlədim, problemləri ilə tanış oldum. Qaldırılan bir sira məsələ yerindəcə həll olundu, digərləri haqqında  aidiyyəti orqanlara müraciət edilməsi qərarlaşdı…”-deyə, G. Baxşəliyeva sonra sözlərinə əlavə edib.

GOV-1

GOV-2

GOV-3

GOV-4

GOV-5

GOV-6

GOV-7

Etikxeber.az

Read Previous

“Danışmaq üçün əvvəlcə gərək cəfakeşliklə və ürəklə işləyək!” – ZAHİD ORUC

Read Next

Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artacaq – NAZİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir