“Sosial şəbəkələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və ya yenisinin ortaya qoyulması vacidbir, mütləqdir, lazımdır…Burada ikinci bir mövqe, yanaşma ola bilməz!”-DEPUTAT YAZIR

Bu gün həyatımızı internetsiz, internet resurslarsız, sosial şəbəklərsiz təsəvvür etmək mümkün deyil.

Onlar həyatımızın bir tərkib hissəsdir.

Çünki dünyaya inteqrasiya yolunu tutmuşuqsa və bu yolda da inamla, əzmlə addımlayırıqsa, hər bir sahədə, hər bir işdə Azərbaycan modelini yaratmağı bacarmışıqsa, deməli informasiya-kommunikasiya texnologiyaları (İKT) sahısində də bunlar olmalıdır və olur.

Bu istiqamətdə, hətta, pandemiya dövrünün özündə də böyük uğurlar, nailiyyətlər həs kəsin göz önündədir.

Bir müddət öncə ölkə Prezidentinin İKT ilə bağlı dünyanın ən qabaqcıl, ən nüfuzlu şirkətləri, onların rəhbərləri ilə videokonfranlsar formatında görüşləri, görülən işlərin etiraf olunması, müsbət qiymətləndirilməsi, gələcəyə hədəflənən yeni əməkdaşlıqların əldə edilməsi, razılaşdırılması deyilənlərin bir daha əyani sübutu və təsdiqidir.

Yəni, atalar məsəlində deyildiyi kimi, görünən kəndə bələdçi nə lazım!

Həm də bunlar kiminsə istəyi, arzusu, təsiri ilə deyil, öz könüllü seçimimizlə, Azərbaycan inkişaf, tərəqqi, zəfər hədəfləri ilə bağlıdır. Və bu yolda da böyük əzm, iradə, qətiyyət var.

Ancaq təəssüf edilməli məqamlar da az deyil.

Xüsusilə də, sosial şəbəkələrin, internet resurslarının, youtube kanallarının çox zaman məkrli və təhlükəli planlar, ssenarilər naminə istifadə edilməsi, bu yönə istiqamətlənməsi, daha doğrusu, bəzi güclər, mərkəzlər tərəfindən istiqamətləndirilməsidir.

Bu gün çox təəssüflər olsun ki, sosial şəbəkələr, inretnet resursları silaha, amansız döyüş, savaş meydanına çevrilib, burada açıq-aşkar dövlətlərin, xalqların daxili işlərinə qarışlır, müdaxilə edilir, milli, dini, etnik…zəminlərdə terror havası yaşadılır, əsdirilir…Bunu görməmək mümkün deyil.

Ələlxüsus, 32 ildən çoxdur ermənilərin və Ermənistanın təcavüzünə, işğalına məruz qalmış bir xalq, dövlət olaraq, bunu hamıdan daha çox və daha yaxşı bizlər bilirik, görürük…Görürük, Azərbaycanın müstəqilliyi, müstəqil dövlətçilk xətti, siyasəti ilə razılaşmayanlar, barışmayanlar-ermənipərəst antiAzərbaycan dairələr, mərkəzlər, onların “özümüzdən” olan xaricdəki və daxildəki manqurt əlaltıları, satqınlar, xəyanətkarlar, maraqları naminə hər addıma gedənlər sosial şəbəkləri, internet resurslarını xalqımıza, dövlətimizə, onun dəyərlərinə…qarşı savaş meydanına çeviriblər.

Əllərində olan hər fürsətdən, texnoloji imkanlardan yararlanaraq, Azərbaycana, onun inkişafına, nufuzuna, imicinə, çəkisinə…zərbə endirməyə çalışırlar, cəhd edirlər…

Bəli, onların cavabları zaman-zaman layiqli və haqq etdikləri şəkildə verilir və bundan sonra da veriləcək…

Çünki qarşılarında artıq 90-ci illərin əvvəllərinin zəif, gücsüz, dayaqsız Azərbaycanı yoxdur, qarşılarında indi güclü, qüdrətli, sivil, modern, hüquqi, demokratik, qanunlarla idarə olunan Azərbaycan və onun cəsarətli, qüdrətli Lideri var.

Ancaq bununla belə, daha bir atalar məsəlimizdə deyildiyi kimi, milçək bir şey olmasa da, könül bulandırır. Yəni, bu qüvvələrə qarşı daha barışmaz və daha sərt davranmaq gərəkilir.

Ona görə bizdə də sosial şəbəkələrin dünyanın bir sıra ölkələrində olduğu kimi, qanunvericilik səviyyəsində tənzimlənməsi, qanunvericiliyin sərtləşdirilməsi ehtiyacı duyulur. Bu ehtiyac, bu zərurət gündən-günə də atmaqda, gündəmin əsas məsələrindən birinə çevrilməkdədir.

Qeyd etdiyim ki, bu məsələdə də Qərb, Avropa ölkələrinin təcrübəsi ortadadır. Konkret olaraq, ABŞ-da, Fransada, Almaniyada, digər ölkələrdə, elə qardaş ölkə olan Türkiyədə bu yöndə nümunələr, təcrübələr, qanunlar var.

Məsələn, Avropanın ən inkişaf etmiş-lider ölkəsi olan Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Facebook aktı” kimi də adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutulur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP adresləri ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər.

Həmçinin, Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaqdır. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq.

Bu baxımdan, qeyd etdiyim kimi, artıq bizdə də sosial şəbəkələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və ya yenisinin ortaya qoyulması vacidbir, mütləqdir, lazımdır.

Burada ikinci bir mövqe, yanaşma ola bilməz!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bunlar hamısı Azərbaycan dövlətinin gücü, qüdrəti, dövlət rəhbərinin sarsılmaz iradəsi, cəsarəti, qüdrəti deməkdir…”-KAMİLƏ ƏLİYEVA BALAKƏNLİLƏR ADINDAN ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Read Next

İnam Kərimova yeni müavin-TƏYİN OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir