“Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb” – SAHİBƏ QAFAROVA

Azərbaycan sosial dövlətdir. Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız qısa müddətdə insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və MDB məkanında lider mövqeyə yüksəlib.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri deputat Sahibə Qafarova bildirib.

Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin ardıcıl xarakter daşıdığını vurğulayan S.Qafarova deyib:

“Respublikamızda 2019-cu ilin əvvəlindən ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda fərman və sərəncamlar imzalayıb. Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı”.

sahiba xanim

Deputat bildirib ki, dövlət başçısının müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığı yeni sərəncamlarla isə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb:

“Prezident İlham Əliyev əslində imzaladığı yeni sənədlərlə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi bəyan etdi. Respublikamızda dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Yeni sosial paket ölkə Prezidentinin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir”

S.Qafarova, həmçinin vurğulayıb ki, prezidentin imzaladığı yeni sosial paket əhalinin rifah halının yaxşılaşdırılmasına və gəlir imkanlarının artırılmasına hədəflənən tədbirlərin uğurla davam etməsinə geniş imkanlar açır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir”.

Etikxeber.az

Read Previous

DİN-dən avtomobilləri səkilərdə saxlayan sürücülərə – MÜRACİƏT

Read Next

“Aqrar sığorta haqqında” qanun layihəsi sonuncu oxunuşda – 3 DÖVLƏT QURUMU VAHİD MÖVQEYƏ GƏLƏCƏKMİ VƏ YENİ SƏNƏD İŞLƏYƏCƏKMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir