“Sosial təcrid həyatımızı alt-üst etməkdə, ünsiyyətin, təmasların azalması, məsafə saxlamağın doğurduğu diskomfort, görünməyən düşmənə qarşı üzüntülü mübarizə səbrimizi daraltmaqdadır”-BAHAR MURADOVA

Kaktusu hec vaxt sevməmişdim, növündən asılı olmayaraq rəğbətim yox idi bu gülə.

Xüsusulə də uşaqkən onunla bağlı acı xatirəmə rəğmən ona qayğı göstərmək, bitirmək başına dolanmaq kimi bir həvəs məndə hec olmamışdı. Xatirimdədir hələ dünyanın gözəl vaxtlarında, Füzuli şəhərindəki doğma evimizin bağcasında atamın bitirdiyi , anamın da ləcəklərindən mürəbbə bişirdiyi saysız hesabslz qlzılgüllərimiz, bənövşə və zanbağımız, ətirşah və şamdangülümüz var idi.

Sonunculara xidmət etməyi,dibcəkdən dibcəyə köcürməyi cox sevərdim. Bənövşələrə qarşı bir ayrı sevgim isə bu gündə öləziməyib.Bu dünyanın keşməkeşləri, həyatın, insanların rəngarəng sürprizlərinin zaman zaman uğratdığı xəyal qırıqlıqları belə zərif olduğu qədər də güclü olan bu gözəlliyə münasibətimi dəyişməmiş,əksinə ən cətin şəraitdə belə özünə güvənməyin ayaqda durmaq ücün əsas şərt olduğuna inamımı möhkəmlətmişdir.Atam da bu gülü xoşlamırdı.Özü də o vaxtlar indiki kimi bu qədər zəngin mədəni bitkilər yox idi (ən azı Füzulidə).Var idisə də mən görməmişdim.Hərdən də mənə elə gəlirdi ki, nəyə görəsə gözəl bağa, bu bağdakı hər cür meyvəyə bostan və tərəvəz məhsullarına diqqətinə baxmayaraq atam cicəkləri o qədər də sevmir.

Və hətta düşünürdüm ki, qonşumuz Güləbəyim xalanın balkonunda dibcəklərdə bəslənilən,uzun sarı tikanları olan”mal dili” (kaktus )gülü və evin günəşə baxan tərəfindəki iri yasəmən ağacları bizdə olsaydı mən məmnuniyyətlə onlara qulluq edərdim.Mən sonradan öyrənmişdim ki,kaktusun bu növünü el arasında belə adlandırırlar ona görə ki, onun yarpaqları formaca malın dilinə bənzəyir. Qəribəsi o idi ki, bu gülün budaqları və gövdəsi yox idi, elə malın dilinə bənzəyən yarpaqlar bir birinin üzərində bitirdi.

Bir də Güləbəyim xalanın o vaxtlar rus məktəbində oxuyan, mənim cox arzuladığım xınayı, ipək kimi hamar və düz saclı, ağappaq dərisi ilə nəzərimdə cox gözəl, yaşca məndən böyük qızı Xavər öz cingiltili səsi ilə söyləyəndə ki,bu güllər yeddi ildən bir cicək acır, özü də cəmisi bir gün yaşayır,mənə elə gəlirdi ki, nağıla qulaq asıram.Bir necə dəfə bu güldən də əkməyini istəyəndə atam hər dəfəsində -“nəyə lazım güldür ki,”deyərək, yox cavabı vermişdı.Birində də görəndə ki,bu mənə xoş gəlmədi, “-yaxşı, böyüyərsən, onu da sən əkərsən,” demişdi.Bir də kimdənsə eşitmisdım ki,”çin qlzılgülü” deyilən bir bitki var ki, onu da bizim yerlərdə ancaq dibcəkdə əkmək olar.

O da bir şərtlə ki, gərək onu budağından xəlvətcə qoparasan, balaca dibçəkdə qırx gün şüşə bankanın altında bəsləyəsən və yalnız ondan sonra onu bitirmək mümkündür. On bir, on iki yaşlarım olardı.Oxuduğum orta məktəbin ikinci mərtəbəsində riyaziyyat nüəlliməmiz Xanım müəllimənin otağında növbəti dərsimiz zamanı gözüm pəncərınin qabağında iri bir dibcəkdə hec zaman görmədiyim qəribə bir gülə sataşdı.Onun da gövdəsi yox idi. Bizim bağımızda bitən armudu formalı qara ənciri xatırladan yarpaqları bir birinə yapışmışdı.

Solğun yaşıl, yəni yaxşı yetişməmiş əncir rənğli bu qəribə yarpaq bitkinin üzəri boz rəngdə xlrda tükcüklərlə örtülü idi. Bunun adını bilən varmı,soruşanda kimsə, – kaktus dedi. Aha, tapmışam, deyə düşündüm.Fasilədə yarpağından birini qopararam.Axı bu gül də gəlmədir, yəqin ki, onu da xəlvətcə götürmək lazımdır. Bütün dərsi fikrim həyata kecirəcəyim bu işin yanındaydı.Nəhayət vaxt gəlib catanda cantamdan xətkeşi cıxararaq yarpağı qoparmağa etdiyim cəhd fəkakətlə nəticələndi.

Həyəcan və ehtiyatsızlıqdan xırda tükcük kimiqəbul etdiyim onlarla tikan hər iki əlimə doldu.Ömrümdə belə ağrılı tikan görməmişdim.Hətta bizim qızılgüllərin tikanları belə onunla müqayisəyə gəlməycək dərəcədə yumşaq və ağrısız idilər. Əllərim qan icində idi. Üstəlik də sanki oğurluq üstündə tutulmuşdum. O qədər pərt olmuşdum ki,kimin mənə yardım göstərmək istədiyini,kiminsə qınadığını yaxşı xatırlamıram.Ən cox isə Xanım müəllimədən xəcalət cəkirdim.Olduqca zəhmli,və ciddi bir xanım olmasına rəğmən mənə cox şəfqətlə,-“qızım, unutma ki, başqasına məxsus olan hec nəyə icazəsiz toxunmaq olmaz”dedi.Amma artıq kaktus adlanan bu tikan topası elə ilk cavabındaca bunu mənə anlatmışdı.

O hadisədən xeyli vaxt kecsə də, hər xatırlayanda əllərim və qəlbim sızıldayır. Artıq bu bitki haqda geniş bilgilərim var, faydalarını və zərərlərini yaxşı bilirəm. Hətta bütün günümüzü kompyüter önündə kecirdiyimizdən monitorun yanına balaca kaktus bitkisi qoymağı tövsiyə etsələr də hec zaman qəbul etməmişəm.Amma son illərdə bağ evindəki bağbanımız həmin o qara əncirə oxşayan kaktusdan birini dibcəkdə həyətdəki qızılgüllərin yanında əkib. Sözün düzü ilk görəndə bunu buradan götür deməkdən özümü güclə saxladım.Daha sonra isə bu coxillik ədavətə son qoymağın vaxtldır deyib kecməyə qərar verdim. Hər gün qızılgüllərə baş cəkərkən onun da bir əncir boyu böyüdüyünü görəndə sevinirdim. Daha hec bir kinim- küdurətim qalmamışdı.

Bu günlər bütün dünya koronavirus pandemiyası səbəbindən cox böyük cətinliklərlə , xüsusilə coxsaylı insan itkisi və iqtisadi zərərlə üz-üzədir. Sosial təcrid həyatımızı alt-üst etməkdə, ünsiyyətin, təmasların azalması, məsafə saxlamağın doğurduğu diskomfort, görünməyən düşmənə qarşı üzüntülü mübarizə həyəcanımızı artırmaqda, səbrimizi daraltmaqdadır.Yaxınlarımızı və doğmalarımızı qorumaq istəyimiz onları itirmək təhkükəsi ilə qarşı-qarşıyadır. Hər gün hər dəqiqə efilərdən, sosial şəbəkələrdən aldığımız xəbərlər bizi sarsıdır. Virusun tikanlı şəkillərini seyr eləməkdən gözlərimiz bezib artıq.İşləmək məcburiyyətində olanlardan biri kimi mən də yaxınlarımı təhlükəyə atmamaq naminə iki həftəlik müddətdə özümü təcrud etmək (iş yerində yoluxan olması səbəbindən) qərarına gəldim.

Bu müddətdə daha cox məşğuliyyətim əlbəttə ki, bu barədə məlumatları izləmək və hadisələri təhlil etmək oldu. Kecirdiyim stress və həyəcanı catdırmağa isə cətinlik cəkirəm. Bir şəhərdə yaşayıb doğmalarınla görüşməkdən qacmaq və yoluxduğun təqdirdə bu görüşün əbədilik mümkün olmayacağını düşünmək isə əsil cəhənnəm əzabı idi.Hara baxırdımsa gözümün önündə karonanın bir zamanlar əlimi qana boyayan kaktusun tikanlarına bənzər tacını görür və bağdakı kaktusu xatırlayırdım.Bu gəribə hisslərlə kecən günlərim şükür ki, başa catdı.Və mən artıq ailəmlə bir yerdəyəm. Sevincimin həddi hüdudu yoxdur. Amma düşünürəm ki, Kaktus-korona ilə haqq hesabı cürütməliyəm.

Bu səhər yuxudan yenə bu fikirlə oyandım. Səhər yeməyindən sonra həyətə düşdüm. Bu günkü bayramın yaratdığı döyüş əhvalı ilə gızılgüllərə tərəf yönəldim. Mənim iki həftəlik yoxluğum dönəmində onlar bütünlüklə cicəkləmiş və solmuşdular.Tək-tək müqavimət göstərənləri və yenidən qöncə tutanları var idi. Kaktusa yaxınlaşanda isə gözlərimə inanmadım. Bu tikanlı və mənim nəzərimdə taclı korona – kaktusun onlarla qöncəsi bə bir ədəd də günəşə tərəf boylanan bəyaz cicəyi var idi. Sanki o da var gücünü toplayaraq bu günkü qələbəsini onun önündə qeyd etməyə gələn insana (mənə) öz yerini göstərməyə calışırdı. Bir anlıq caşqınlığım yerini döyüşkən ruhuma verdi.

Və mən yenə də insanın dünyanın əşrəfi olduğuna böyük inamımla münasibətlərimizə tərəfdaşlıq xarakteri ilə yanaşmağa qərar verdim. Onun şəklini cəkərək, bütün “karonaların” kaktuslara dönüşməsini arzuladım.

P.S. Bir necə saatdan sonra yenə oradan kecərkən artıq səhər acmış cicəyin solduğunu müşahidə etdim.Yenə də insan güclüdür düşündüm. Ona görə ki,üzərində dayanmağa ayaqları, möhkəm gövdəsi, zəhmətkeş əlləri və dünyanl idarə etməyə bəs edəcək qədər yaradlcı və elmi təfəkkürü ilə.Sabaha nikbin nəzərlərlə bütün viruslara qarşı birləş!!

Bahar MURADOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Etikxeber.az

Read Previous

“Ordumuz daim düşməni vahimə içərisində saxlayır…”-VİTSE-SPİKER YAZDI

Read Next

“Vətəndən uzaqda, İraqda, ABŞ Dəniz Piyadaları korpusunun tərkibində, Azərbaycan Sülhməramlı Qüvvələr bölüyündə hərbi xidmət keçmişəm…”-BƏHRUZ MƏHƏRRƏMOV GENERALLARI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir