Sosial xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək-BU GÜNDƏN

Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda həyata keçiriləcək.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, eyni zamanda, nazirliyin bu və ya digər mərhələdə vətəaşın əyani qəbulunu və ya müayinəsini, onunla əyani ünsiyyəti nəzərdə tutan elektron xidmətlərinə edilən müraciətlərə baxılması da COVİD-19 pasport() rada malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş – peyvənd olunmaqdır.

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.

Etikxeber.az

Read Previous

“Ali Baş Komandanımızın dediyi kimi, görünür, İkinci Qarabağ Savaşı hələ ki, hər kəs üçün dərs olmadı…Elə biz də hər şeyə hazırıq, “Dəmir Yumruq” da yerindədir”-JALƏ ƏLİYEVƏ ÖLKƏ PREZİDENTİNİN “CNN Türk”-Ə MÜSAHİBƏSİNDƏN YAZDI

Read Next

“Evimiz, şəraitimiz çox bərbad durumdadır…”-ŞƏHİD SAHİL RƏSULOVUN ANASI SAMİRƏ HÜSEYNOVA ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ, ONLARDAN KÖMƏK İSTƏDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir