Şövkət Mirziyoyev Özbəkistanın yeni “İslam Kərimov”u oldu

Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.

Etikxeber.az-ın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yeni prezidenti baş nazir Şövkət Mirziyoyev olub. O, 88,61 faiz səs toplayıb.

Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Prezidentin səlahiyyətlərini baş nazir Şövkət Mirziyoyev icra edib.

Etikxeber.az

Read Previous

Xəzərdə yenə zəlzələ baş verdi

Read Next

Prezidentlə xanımı Data və Beynəlxalq Kommutasiya mərkəzinin açılışına qatılıb – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir